Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda 50 nəfər koronavirusdan sağaldı

11
(Yenilənib 12:15 09.04.2020)
Hazırda bu ölkədə 4559 nəfər karantində, 353 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır. Ümumilikdə COVİD-2019 virusundan bu ölkədə 2 nəfər vəfat edib

BAKI, 9 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 214-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Virusa yoluxan şəxslərdən 50-si sağalıb. Hazırda bu ölkədə 4559 nəfər karantində, 353 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır. Ümumilikdə COVİD-2019 virusundan bu ölkədə 2 nəfər vəfat edib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08 radələrində qüvvəyə minib. 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə, ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Küçəyə çıxan bütün vətəndaşların üzərlərində şəxsiyyət vəsiqələri olmalıdır. Bütün şəxslər, xüsusi ilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.

 

11
Mövzu:
Dünyanı cənginə almış bəla (496)
Əlaqədar
Koronavirusa yoluxanların sayı 1,5 milyonu keçdi
Koronavirusu 48 saat ərzində yox edən preparat tapıldı
Bu ölkə həmişə acları ilə gündəmə gəlirdi, indi koronavirus oraya da çatdı
Koronavirus ən çox onları öldürür – Trampdan etiraf
Beş ölkədə koronavirus qurbanlarının sayı artacaq – PROQNOZ
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

10
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

10
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan İzmir fəlakətindən danışarkən İlham Əliyevin ona dəstək təklif etdiyi bildirib

18
(Yenilənib 22:19 31.10.2020)
Ərdoğan təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

BAKI, 31 oktyabr - Sputnik. Hazırda İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb, xəsarət alanlar 885 nəfərdir.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki təbii fəlakətin nəticələri ilə daha yaxından tanış olmaq üçün Seferhisar rayonuna gedərkən bildirib. 

O qeyd edib ki, yaralılardan 667-si evə buraxılıb, 218-nin isə müalicəsi davam edir. Dağıntılar altında qalan 103 nəfər xilas edilib.

Türkiyə Prezidenti deyib ki, zəlzələdən zərər çəkənlərin yaşayış və qida ehtiyaclarının ödənməsi üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, o, təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

18
Teqlər:
İzmir şəhəri, İzmir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev