Koronavirusa yoluxanların sayı 1,5 milyonu keçdi

© AFP 2023 / BRYAN R. SMITHПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində bu virusa yoluxanların sayı 98 162 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 6 334 nəfər artım qeydə alınıb

BAKI, 9 aprel — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 1 512 752-ə çatıb. Bu barədə Sputnik Azərbaycan South China Morning Post-a istinadən xəbər verir.

Məlumata əsasən, bu virusa yoluxmuş 88 150 nəfər vəfat edib, 330 754 minə yaxın şəxs isə sağalıb.

Nəşr vurğulayır ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı 98 162 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 6 334 nəfər artım qeydə alınıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 430 min 376 nəfərdir. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 146 690 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0