Məkrli bəla: əlaməti olmasa da, ciyərləri zədələyir

163
(Yenilənib 22:56 08.04.2020)
“Diamond Princess” kruiz laynerində koronavirusa yoluxan 104 adamdan 76-sında COVID-19 xəstəliyi heç bir əlamət olmadan keçib

BAKI, 8 aprel — Sputnik. SARS-Cov-2 koronavirusuna yoluxaraq, xəstəliyi simptomsuz keçirib sağalanların ağciyərlərinin zədələndiyi ortaya çıxıb.

Sputnik Azərbaycan bildirir ki, yapon alimlərinin bunu təsbit edən tədqiqatlarının nəticələri Şimali Amerika Radioloji Cəmiyyətinin saytında yerləşdirilib.

“Diamond Princess” kruiz laynerində koronavirusa yoluxan 104 adamdan 76-sında COVID-19 xəstəliyi heç bir əlamət olmadan keçib. Ancaq onlardan 41-nin ağciyərlərində “tutqun şüşə effekti” adlanan dəyişiklik nəzərə çarpıb.

Koronovirusa yoluxmuş ağ ciyərlərin görüntüsü
Koronovirusa yoluxmuş ağ ciyərlərin görüntüsü

“Diamond Princess” kruiz gəmisi fevralda Yaponiya sahillərinə yan alıb. Gəmidə cəmi 3.7 min sərnişin olub. Onlardan 705 nəfərdə koronavirus təsbit edilib. Xəstəliyi yayan isə 80 yaşlı çinli kişi olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 1.4 milyondan çox yoluxma faktı qeydə alınıb, 81 mindən çox insan dünyasını dəyişib.

163
Əlaqədar
Koronavirus ən çox onları öldürür – Trampdan etiraf
Beş ölkədə koronavirus qurbanlarının sayı artacaq – PROQNOZ
Hər cinayətləri bitmişdi, indi də Allahın işinə əl atırlar
Rusiyada bir sutkada koronavirusdan beş nəfər öldü
Koronavirusa qarşı immuniteti müəyyən edəcək test hazırlanır
Kevin Hern, arxiv şəkli

Konqres üzvü Kevin Hern: "Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir"

2
(Yenilənib 11:19 02.06.2020)
Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən respublikaçı Kevin Hern Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, Kevin Hern bəyanatında Azərbaycanın Şərqdə 1918-ci ildə ilk müstəqil, dünyəvi demokratik respublika qurduğunu bildirib.

Konqres üzvü uzun illər sovet nəzarətində olan Azərbaycanın Sovet İttifaqının çökməsi ilə 1991-ci ildə yenidən müstəqillik əldə etdiyini və 1992-ci ildə ABŞ-ın Azərbaycanla diplomatik əlaqələr qurduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsi, habelə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

K.Hern Azərbaycanın İsrailin dostu olduğunu və İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb. Konqres üzvü əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dünyəvi dövlət olan Azərbaycanda xristian və yəhudi icmalarının birgə yaşadığını bildirərək Azərbaycandakı dini plüralizmi təqdir edib.

Sonda Konqres üzvü Azərbaycanla Oklahoma ştatının Milli Qvardiyası arasındakı tərəfdaşlığı ön plana çəkib. K.Hern Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi çalışmaqdan və ABŞ-la Azərbaycan arasındakı dostluq əlaqələrindən məmnunluğunu ifadə edərək bir daha Azərbaycan xalqına səmimi təbriklərini bəyan edib.

2
Əlaqədar
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Vladimir Putin
ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
ABŞ-ın tarixi ərazisindəki inzibati binadan Azərbaycan bayrağı asıldı
ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər
ABŞ-da epidemioloji vəziyyət

Koronavirusdan ölənlərin sayı 375 mini keçdi

2
(Yenilənib 11:13 02.06.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb. Demək olar ki, indi hər altıncı yoluxmuş şəxs bu ölkənin vətəndaşıdır

BAKI, 2 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 6 271 577-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 375 656 nəfər vəfat edib, 2 697 328 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 811 min 277 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 414 328 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Dərini maska və əlcək altında necə qorumalı – dermatoloq tövsiyəsi
Daha bir antirekord - Koronavirusdan bir gündə 5 nəfər ölüb
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
Ofis işçiləri, arxiv şəkli

Karantin dövründə işdən çıxartma ilə bağlı 50 müraciət araşdırılır

0
(Yenilənib 11:49 02.06.2020)
Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək

BAKI, 2 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən verilən məlumatda bildirilir.

Xidmət tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb. Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Nazirliyin təklifinə əhəmiyyət vermədilər: 190 manat daha "şirin" gəldi
Müqaviləsiz işləyən 351 nəfər aşkar edilib
Qədir ağacları və zorən dəyərli kadrlar - "öz istəyimlə gedirəm" bundan belə qiymətə minir
Koronavirusa görə işəgötürənlərə xəbərdarlıq
Böyük amnistiya nə verəcək? Hamı çıxış yolu axtarır, atılacaq addım isə bəlli deyil