Koronavirusdan ölən adamın cəsədini maşına yükləyirlər

Beş ölkədə koronavirus qurbanlarının sayı artacaq PROQNOZ

219
(Yenilənib 22:05 08.04.2020)
Son məlumatlara görə, dünyada artıq 1.4 milyondan çox yoluxma faktı qeydə alınıb, 81 mindən çox insan dünyasını dəyişib

BAKI, 8 aprel — Sputnik. Yeni koronavirusa yoluxma nəticəsində ölüm hallarının sayı pandemiyadan daha çox zərər görmüş beş ölkənin hər birində növbəti həftə ərzində, ehtimal ki, ən azı 5 min artacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə London İmperial Kolleci həftəlik hesabatında yazır.

Bildirilir ki, bu cür artımı Fransa, İtaliya, İspaniya, Böyük BritaniyaABŞ-da gözləmək lazımdır.

Bundan əlavə, hesabatda qeyd edilir ki, gələn həftə səkkiz ölkə ölümlərin nisbətən böyük artımı ilə (min-beş min nəfər) qarşılaşa bilər. Bunlar Əlcəzair, Belçika, Braziliya, Almaniya, İran, Niderland, İsveçrə Türkiyədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 1.4 milyondan çox yoluxma faktı qeydə alınıb, 81 mindən çox insan dünyasını dəyişib.

 

219
Mövzu:
Dünyanı cənginə almış bəla (181)
Əlaqədar
Dünya nəhəngindən yeni "rekord" - bu, əsl faciədir
Azərbaycanda bir gündə koronavirus aşkarlananların sayı artıq üçrəqəmli ədədlə ölçülür
İranda koronavirus qurbanlarının sayı 4000-ə yaxınlaşır
Azərbaycanda 82 yaşlı pasiyent koronavirusdan sağaldı
Hər cinayətləri bitmişdi, indi də Allahın işinə əl atırlar
Xəstəyə iynə vurulması, arxiv şəkli

Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır

41
(Yenilənib 11:55 02.06.2020)
Kliniki sınaqlar Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib

BAKI, 2 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi yerli unikal koronavirus əleyhinə vaksininin kliniki sınaqlarının həyata keçirilməsi üçün könüllüləri seçib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu məqsədlə 50 hərbçi seçilib ki, onlardan da 5-i qadındır. Onlar müvafiq müayinə və testlərdən keçiblər.

Kliniki sınaqların Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib.

Könüllü hərbçilərdən ibarət qrup sınaq üçün iyunun üçündə bazaya gələcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

41
Mövzu:
Dünyanı cənginə almış bəla (181)
Əlaqədar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Peyvənddən imtina edənləri cərimələyəcəklər
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
Kevin Hern, arxiv şəkli

Konqres üzvü Kevin Hern: "Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir"

3
(Yenilənib 11:19 02.06.2020)
Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən respublikaçı Kevin Hern Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, Kevin Hern bəyanatında Azərbaycanın Şərqdə 1918-ci ildə ilk müstəqil, dünyəvi demokratik respublika qurduğunu bildirib.

Konqres üzvü uzun illər sovet nəzarətində olan Azərbaycanın Sovet İttifaqının çökməsi ilə 1991-ci ildə yenidən müstəqillik əldə etdiyini və 1992-ci ildə ABŞ-ın Azərbaycanla diplomatik əlaqələr qurduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsi, habelə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

K.Hern Azərbaycanın İsrailin dostu olduğunu və İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb. Konqres üzvü əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dünyəvi dövlət olan Azərbaycanda xristian və yəhudi icmalarının birgə yaşadığını bildirərək Azərbaycandakı dini plüralizmi təqdir edib.

Sonda Konqres üzvü Azərbaycanla Oklahoma ştatının Milli Qvardiyası arasındakı tərəfdaşlığı ön plana çəkib. K.Hern Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi çalışmaqdan və ABŞ-la Azərbaycan arasındakı dostluq əlaqələrindən məmnunluğunu ifadə edərək bir daha Azərbaycan xalqına səmimi təbriklərini bəyan edib.

3
Əlaqədar
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Vladimir Putin
ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
ABŞ-ın tarixi ərazisindəki inzibati binadan Azərbaycan bayrağı asıldı
ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər
Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Daha bir dövlət qurumu vətəndaş qəbulunu dayandırıb

0
(Yenilənib 12:22 02.06.2020)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.

BAKI, 2 iyun — Sputnik. Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.

Bu barədə İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir. Xəbərə görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi  (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin, idarənin rəsmi info@baku.edu.gov.az, mailform@baku.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər. Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

 

0