ABŞ Prezidenti Donald Tramp, arxiv

Koronavirus ən çox onları öldürür Trampdan etiraf

79
(Yenilənib 21:17 08.04.2020)
"Biz bu problemi həll etmək üçün əlimizdən gələni edirik. Bu, böyük bir problemdir. Bu, dəhşətlidir", – Tramp bildirib

BAKI, 8 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp afroamerikalıların qeyri-mütənasib olaraq daha çox COVID-19 xəstəliyinə yoluxduğunu və bu xəstəlikdən öldüyünü etiraf edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Hill" nəşri yazır.

O, önümüzdəki günlərdə problemin miqyasını detallı şəkildə açıqlayacağını vəd edib.

"Biz bu problemi həll etmək üçün əlimizdən gələni edirik. Bu, böyük bir problemdir. Bu, dəhşətlidir", – Tramp Ağ Evdə brifinq zamanı jurnalistlərə bildirib.

O deyib ki, administrasiyası afroamerikalılara "dəstək verəcək", lakin əlavə təfərrüat verməyib.

Ağ Evin koronavirus üzrə operativ qrupunun üzvü Entoni Fauçi afroamerikalıların diabet, hipertoniya, piylənmə və astma kimi xəstəliklərə daha çox meylli olduğunu və bunun da COVID-19 xəstəliyinə yoluxma və ondan ölüm riskini artırdığını deyib.

"Bu, çox kədərlidir. Hazırda onlara bu fəsadlardan qaçmaq üçün ən yaxşı qayğını göstərməyə çalışmaqdan başqa edəcəyimiz heç bir şey yoxdur", - Fauçi bildirib.

79
Mövzu:
Dünyanı cənginə almış bəla (179)
Əlaqədar
"Heç biz də test olunmamışıq, iki iş yoldaşımız artıq ölüb"
Hər cinayətləri bitmişdi, indi də Allahın işinə əl atırlar
İranda koronavirus qurbanlarının sayı 4000-ə yaxınlaşır
Qlobusda artıq yer qalmayıb. Ölkənin xilası kosmosda axtarılır
Dünya nəhəngindən yeni "rekord" - bu, əsl faciədir
Smartfonun ekranında Whatsapp tətbiqinin loqosu, arxiv şəkli

"WhatsApp" istifadəçilərə yeni fırıldaqçılıqla bağlı xəbərdarlıq edib

11
(Yenilənib 09:25 02.06.2020)
Yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

BAKI, 2 iyun - Sputnik. "WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib.

Bu barədə "Report" xəbər verir.

Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub.

Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasından sonra aşağıdakı mesaj göndərilir: “SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin".

11
Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Konstantin Kosaçov, arxiv şəkli

Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir

5
(Yenilənib 09:24 02.06.2020)
"Baş tutdu. Amerikanın toz basmış xarab saxta xəbər maşını çoxdan proqnozlaşdırılan fəaliyyətə keçdi", - Kosaçov Facebook səhifəsində yazıb.

BAKI, 2 iyun — Sputnik. ABŞ-da etiraz aksiyalarının təşkili ilə bağlı Rusiyanın ünvanına səsləndirilən ittihamlar saxta mesajlara əsaslanan növbəti antirusiya kampaniyasının tərkib hissəsi ola bilər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Konstantin Kosaçov deyib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Syuzan Rays bir müddət əvvəl ABŞ-da etirazlar zamanı zorakılığın arxasında Rusiyanın dayana biləcəyini bəyan etmişdi. Rays bu zaman heç bir dəlil və ya konkret fakt gətirməyib.

"Baş tutdu. Amerikanın toz basmış xarab saxta xəbər maşını çoxdan proqnozlaşdırılan fəaliyyətə keçdi", - Kosaçov Facebook səhifəsində yazıb.

"Və bu çox gülməli olardı. Ancaq kədərli olacaq, çünki bu, ola bilsin arxasınca qarğa-quzğun dəstəsinin uçacağı ilk qaranquşdur", - deyən senator, əlavə edib ki, "pis qoxular heç də Rusiyadan gəlmir".

Parlamentari inanmaq istəyir ki, rəsmi Vaşinqtonda "bu dəfə Amerika şəhərlərində baş verən bütün dəhşətlərdən təngə gələcəklər". Həmçinin "elementar özünü qoruma instinktinə malik zərərçəkmiş və hələ də zərər çəkməkdə olanlara qarşı səmimi rəğbət hissi baş qaldıracaq və milli faciələr üzərində siyasi oyunlara imkan verilməyəcək".

Kosaçov həmçinin qeyd edib ki, Raysın açıqlaması, təkcə bu situasiyada sadəcə iştirak etməyən və iştirak etməsi mümkün olmayan Rusiyaya qarşı deyil, həm də öz xalqına və ABŞ vətəndaşı Corc Floydun xatirəsinə "birbaşa təhqirdir".

Afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra Minneapolisdə və ABŞ-ın bir neçə digər şəhərində iğtişaşlar başlayıb. İnternetdə polisin Floydun əlinə qandal taxdığını, onu diz çökdürdüyünü, sonra dizi ilə boynuna basaraq boğduğunu və üç polisin də kənardan durub bunu seyr etdiyini əks etdirən videolar yayılıb. Videodan göründüyü kimi Floyd bir neçə dəfə nəfəs ala bilmədiyini deyib və sonra sakitləşib. O, reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra dörd polis işdən çıxarılıb və onlardan biri səhlənkarlıqdan adam öldürməkdə günahlandırılıb.

5
Əlaqədar
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
"Ölümcül səhv": Rusiya XİN ABŞ-ın iğtişaşlarla bağlı ittihamlarına cavab verdi
Təqvim,  arxiv şəkli

İyun ayının qeyri-iş günləri açıqlandı

0
(Yenilənib 10:28 02.06.2020)
Bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.

 

BAKI, 2 iyun — Sputnik. İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 15 İyun – Milli Qurtuluş Günüdür.  26 İyun isə – Silahlı Qüvvələr Günüdür. Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.

0