Pəncərə yaxınlığında insan, arxiv şəkli

Düşmənlə bir otaqda: karantinin əzab verən daha bir üzü

13
(Yenilənib 12:08 06.04.2020)
COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik. Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və koronavirusla (COVID-19) mübarizə ilə bağlı yeni bəyanat yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bəyanatda COVID-19 pandemiyasının dünyada insanlara ağlasığmaz əziyyət verdiyi və iqtisadiyyatın iflasına səbəb olduğu vurğulanır.

BMT baş katibi bu yaxınlarda ümumi mübarizəni pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırdığını xatırladıb: "Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim. Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır. Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan öz evlərində yerdə gözləyir. Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm".

"COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik. Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər. Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir.

Yerli dəstək qrupları iflic vəziyyətdədir və ya vəsait çatışmazlığı ilə üzləşir. Məişət zorakılığı qurbanları üçün fəaliyyət göstərən bəzi sığınacaqlar bağlıdır, digərləri doludur. Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVİD-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram. Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan sərmayənin artırılması deməkdir.

Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsini təmin etməlidir. Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemlərinin yaradılmalıdır. Sığınacaqlar həyati əhəmiyyət kəsb edən xidmət kimi elan edilməlidir. Qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır. Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.

COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zaman müharibə bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq", - bəyanatda vurğulanır.

13
Əlaqədar
BMT Baş katibindən həyəcan siqnalı: “Hər şeyə hazır olmalıyıq”
Azərbaycan hökumətinin işinə BMT qiymət verdi
Yadındamı ötən günlər - karantin, icazələr? Bir də çoxlu makaron...
Evə qapananlara BMT-dən xüsusi mesaj: ən çox onlar əziyyət çəkirlər
BMT rəqəmləri açıqladı: Azərbaycan normanı aşıb
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxma ölümlə bağlı statistika açıqlandı

5
(Yenilənib 12:48 15.01.2021)
Xəstəlikdən sağalanların sayı 152320 nəfər olub. Hazırda bu ölkədə 7952 nəfər xəstəxanada müalicə alır.

BAKI, 15 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 163972-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 396 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2974-ə çatıb. Xəstəlikdən sağalanların sayı 152320 nəfər olub. Hazırda bu ölkədə 7952 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 milyonu keçib, 1,99 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19
Jurnalist

Berezovskaya: "Latviya jurnalistləri müdafiəmizlə bağlı bir kəlmə demədilər"

19
(Yenilənib 10:48 15.01.2021)
Jurnalistin sözlərinə görə, o daha çox Latviyada rusdilli təhsilin geridə qalması, vətəndaşlıq məsələləri, nasizm üzərində qələbə, cinayət məsuliyyətinə cəlb olunan rus jurnalist və hüquq müdafiəçiləri haqqında məqalələr yazıb.

BAKI, 15 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, 2020-ci ilin dekabr ayının 3-də Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Riqada "Sputnik Latviya" və "Baltnews"la əməkdaşlıq edən jurnalistlərlə bağlı xüsusi əməliyyat keçiriblər. Rusdilli jurnalistlərə qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə (beynəlxalq təşkilatların sanksiyalarına əməl etməmək) ittiham irəli sürülüb. Bununla əlaqədar jurnalistlər dindirilib, onların evlərində axtarış aparılıb və ölkədən çıxmamaları barədə dillərindən iltizam alınıb.

Hadisə vaxtı saxlanılan rusdilli jurnalistlərdən biri də "Baltnews" xəbər portalı ilə əməkdaşlıq edən Alla Berezovskaya olub. Jurnalist hadisəni belə xatırlayır: "Öz masamda oturub işləyirdim. Birdən qapının zəngi çalındı. Domofondan baxıb polis forması geyinmiş şəxslərin qapıda dayandığını gördüm. Qapını açdım.

Polis zabiti mənə hakimin qərarını göstərdi. Bildirdi ki, Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə təhqiqat başlayıb. Mənzildə axtarış aparacaqlarını, bütün kompüter texnikasını, informasiya daşıyıcılarını müsadirə edəcəklərini bildirdilər. Dedilər ki, mobil telefonumu da masaya qoyum. Maskalı cavan bir oğlan (başa düşdüyüm qədər o, haker idi) iş masamın arxasına keçib kompüterdə hansısa əməliyyatlar aparmağa başladı. Anladım ki, mənim bütün informasiyalarımı köçürür".

Jurnalistin sözlərinə görə, daha sonra polislər evin ikinci mərtəbəsindəki yataq otağında axtarışa davam ediblər. "Oradan nəvəmin köhnə planşetini tapıb çıxartdılar. O planşetdə uşaq oyunları və filmlərdən başqa heç nə yox idi. Bunu onlara deyəndə bildirdilər ki, özləri araşdıracaqlar. Hətta şəxsi sənədlərimə də baxdılar. Sonra həyətə çıxıb artıq qaranlıq düşməsinə baxmayaraq, evin ətrafında da axtarış apardılar".

A.Berezovskaya onu da bildirib ki, "Baltnews" xəbər portalının rəhbəri Andrey Yakovlev 8 il bundan əvvəl portalı yaratdığı vaxt ona əməkdaşlıq təklif edib: "Əlbəttə ki, mən də razılaşdım və sayt üçün məqalələr, köşə yazıları yazmağa başladım. "Baltnews" redaksiyası Rusiyaya keçəndən sonra onlar da mənimlə əməkdaşlığı müqavilə əsasında davam etdirdilər. Çox vaxt mən özüm onlara hansısa məqalələri yazmağı təklif edirdim. Ayda bir-iki dəfə yazılarımı dərc edirdilər".

© Sputnik / Maksim Blinov

Jurnalistin sözlərinə görə, o daha çox Latviyada rusdilli təhsilin geridə qalması, vətəndaşlıq məsələləri, nasizm üzərində qələbə, cinayət məsuliyyətinə cəlb olunan rus jurnalist və hüquq müdafiəçiləri haqqında məqalələr yazıb: "Açığı, fikirləşirdim ki, buna qarşı etirazlar olacaq. Ancaq qəfildən bizə heç bir şəkildə şamil olunmayan sanksiyalar məsələsi ortaya çıxdı. Təəssüf ki, Latviya jurnalistlərindən heç biri bizim müdafiəmizlə bağlı bir kəlmə də demədi. Hətta yazdılar ki, onlar jurnalist deyil, Kremlin təbliğatçılarıdırlar".

Berezovskayanın sözlərinə görə, Latviya dünyaya Rusiyanın rəsmi dövlət KİV-ləri ilə əməkdaşlıq edənlərin jurnalist deyil, təbliğatçı olmaları barədə mesaj ötürmək istəyir. "Ona görə də belə hesab edirlər ki, deməli, demokratiya, söz azadlığı kimi anlayışlar bu jurnalistlərə şamil olunmaya bilər", – deyə jurnalist vurğulayır.

Halbuki Latviya Seyminin deputatı Edvins Şnore, yazıçı Didzis Seddenieksin ruslarla bağlı səsləndirdikləri təhqiramiz fikirlərdən sonra Latviyanın çoxsaylı rus vətəndaşları tərəfindən dövlət orqanlarına müraciət olunsa da hər dəfə eyni cavabı alıblar: "Bu əməllərdə cinayət tərkibi yoxdur. Ölkədə söz azadlığı var".

19
Teqlər:
jurnalist, Latviya, Rusiya

Təbrizin adamları Qarabağda quruculuq işlərində maraqlıdırlar

0
(Yenilənib 17:43 15.01.2021)
İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında görüş keçirilib.

Sputnik Azərbaycan Konfederasiyaya istinadən verdiyi məlumata görə, görüş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə, ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə baş tutub.

Onlayn formatda keçirilən görüşü M.Musayev açaraq Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və baş komandanlığı ilə aparılan 44 günlük Vətən müharibəsində ölkəmizin qələbə çaldığını, azad olunan torpaqlarımızda quruculuq işlərinə başlanıldığını bildirib. O, İran-Azərbaycan iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıldığını qeyd edib.

Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Yunus Jailə Azərbaycanı qələbə münasibətilə təbrik edərək, Təbriz iş adamlarının biznes imkanları, Təbrizin sənaye kompleksləri barədə məlumat verib. Palatanın üzvləri kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı sahəsində emal sənayesi, Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

İclasda qərara alınıb ki, Təbriz şirkətləri təkliflərini yazılı şəkildə ASK-ya təqdim etsinlər və bu təkliflər müvafiq dövlət qurumları ilə müzakirə olunsun. Eyni zamanda Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumunun imzalanması və biznes-forumun keçirilməsi üçün müvafiq hazırlıqlara başlanılıb.

0