Kral ailəsində daha bir kədər - bu dəfə də koronavirusla bağlı

© REUTERS / HENRY NICHOLLSКоролева Британии Елизавета II, фото из архива
Королева Британии Елизавета II, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə kraliça II Elizabetin də koronavirusa yoluxduğu deyilmişdi. Lakin o, yayılan məlumatları təkzib edərək səhhətinin yaxşı olduğunu bildirmişdi

BAKI, 4 aprel — Sputnik. İngiltərənin kral ailəsi özünün ən çətin dönəmini yaşayır. Kraliça II Elizabetlə şahzadə Filipin nəvəsi, şahzadə Eugenin qaynanası və qaynatasında koronavirusla bağlı testin nəticələrinin pozitiv çıxması kral ailəsini daha da pərişan edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu xəbəri alan şahzadə Eugen və həyat yoldaşı özlərinin ən çətin dönəmlərindən keçdiklərini bildiriblər. Hazırda şahzadənin qaynatası reanimasiyada, qaynanası palatadadır.

Bundan başqa, kraliçanın ortancıl oğlu olan Endryunun qaynatası,  71 yaşlı Corc Bruksbank da reanimasiyadadır. Onun vəziyyətinin stabil olduğu bildirilir. Həyat yoldaşı, 66 yaşlı Nikolanın vəziyyəti isə yaxşıdır, hazırda onun da müalicəsi davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə kraliça II Elizabetin də koronavirusa yoluxduğu deyilmişdi. Lakin o, yayılan məlumatları təkzib edərək səhhətinin yaxşı olduğunu bildirmişdi. 

Xəbər lenti
0