Pişik, arxiv şəkli

Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar

16
(Yenilənib 01:20 03.04.2020)
Sosial şəbəkələrin Livan seqmenti də son günlər qəzəbli istifadəçilərin telekanalın ünvanına yağdırdığı ittihamlarla diqqət çəkir

BAKI, 3 aprel — Sputnik. Livanda yerli telekanallardan birinin ev heyvanlarının koronavirus daşıyıcısı olması barədə yanlış məlumatı insanlar arasında panika yaradıb.

Sputnik Azərbaycan bildirir ki, "Əl-Əxbar" qəzetinin yaydığı məlumata görə, sakinlər evdə saxladıqları heyvanlardan tezliklə can qurtarmağa çalışıblar. Xeyli ev heyvanı küçəyə atılıb, bəziləri isə zəhərlənərək tələf olub.

Bir neçə gün əvvəl telekanalın canlı efirində bir müxbir xəbər verib ki, evdə saxlanan heyvanlar SARS-CoV-2 koronavirusunun daşıyıcılarıdır.

​"Telekanal vətəndaşların koronavirusdan qorxmasını fürsət bilərək yalan xəbər yayıb, indi isə xeyli ev heyvanının tələf olmasına görə daşıdığı məsuliyyətdən yaxa qurtarmağa çalışır", - qəzet yazır.

Sosial şəbəkələrin Livan seqmenti də son günlər qəzəbli istifadəçilərin telekanalın ünvanına yağdırdığı ittihamlarla diqqət çəkir. Livan şəhərlərinin küçələrində dolaşan sahibsiz ev heyvanlarının video və fotoları paylaşılır. İnsanlar həmvətənlərini ev heyvanlarına qarşı mərhəmətli olmağa, onlara zərər yetirməməyə çağırırlar. 

​Cons Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri, onun törətdiyi COVID-19 xəstəliyindən ölənlərin sayı isə 51,5 mini keçib.

Ümumdünya Səhiyyə Təşkilatı isə öz növbəsində xəstələnənlərin sayının 900 min, ölənlərin isə 46 min olduğunu bəyan edib. ÜST həmçinin yaydığı açıqlamada ev heyvanlarının koronavirus daşıyıcısı olmadığını bəyan edib. 

SARS-CoV-2 koronavirusu ötən ilin dekabrından Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyanın 180 ölkəsində insanlar bu virusa yoluxublar. ÜST koronavirus epidemiyasını martın 11-də pandemiya elan edib. Bu günədək 208 minədək insanın sağaldığı bildirilir.

16
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp İsrail ərəblər arasında imzalanacaq sazişin tarixini açıqladı

2
(Yenilənib 12:37 14.08.2020)
BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalamışdı

BAKI, 14 avqust — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail üç həftə ərzində Birləşmiş Ştatların ərazisində sülh sazişi imzalayacaqlar. Sputnik Azərbaycan "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib.

"Mən çox yaxın vaxtda Ağ Evdə sazişin formal imzalanmasını qəbul etməyə hazırlaşıram. Böyük ehtimalla biz bunu yaxın üç həftə ərzində edəcəyik", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 13-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında diplomatik əlaqələr bərpa edilib. Belə ki, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayid arasında danışıqlar yekunlaşıb. BƏƏ və İsrail rəsmiləri diplomatik əlaqələrin bərpa olunmasına dair razılığa gəliblər. Bununla bağlı tərəflər arasında sənəd imzalanıb.

Xatırladaq ki, BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalamışdı.

 

2
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

"Misli görünməmiş əməkdaşlığa" "meymun" cavabı - dünya gözləyir, rəsmilərsə düşünürlər

86
(Yenilənib 11:51 14.08.2020)
Mənbə qeyd edib ki, vaksin amerikalıların həyatını xilas edə bilər və Vaşinqton buna görə vaksini "qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir"

BAKI, 14 avqust — Sputnik. Rusiya koronavirus əleyhinə peyvəndin yaradılması ilə bağlı Birləşmiş Ştatlara kömək təklif edib, lakin amerikalılar bundan imtina ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu adı çəkilməyən rusiyalı məmur CNN telekanalına açıqlamasında bildirib.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
Ruptly / РФПИ / WHO / Дмитрий Куракин/Пресс-служба Минздрава России

Kanalın mənbəsi qeyd edib ki, Rusiya ABŞ-ın vaksin hazırlanmasına yönəlmiş "Supersəs sürət" layihəsi çərçivəsində bu ölkəyə "misli görünməmiş əməkdaşlıq" təklif edib. Lakin məlum olub ki, ABŞ Rusiyanın tibbi layihələri üçün "açıq" deyil.

"Rusiyaya qarşı ümumi inamsızlıq hiss olunur və biz hesab edirik ki, vaksinlər, testləşdirmə və müalicə daxil olmaqla bu texnologiyaları ABŞ məhz inamsızlığa görə qəbul etmir", - deyə yüksəkvəzifəli rusiyalı məmur bildirib.

Rusiya rəsmi dairələri telekanala bildiriblər ki, Rusiya Federasiyası vaksin haqqında informasiya mübadiləsinə hazırdır. Bu, ABŞ farmakoloji şirkətlərinə ABŞ-da vaksin istehsal etməyə yardım edə bilər.

Mənbə qeyd edib ki, vaksin amerikalıların həyatını xilas edə bilər və Vaşinqton buna görə vaksini "qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir":

"Əgər bizim vaksin ən effektiv vaksinlərdən biri olsa, onda suallar meydana çıxacaq: Niyə ABŞ bu imkanı öyrənmədi, niyə siyasət vaksinin yoluna çıxdı".

Bu arada ABŞ rəsmiləri CNN-ə bildiriblər ki, ABŞ-da Rusiya vaksini "tam hazırlanmış hesab olunmur və ona görə də Amerikada ciddi maraq doğurmayıb".

"ABŞ onu heç meymunlar üzərində sınamayacaq, o ki qaldı insanlar üzərində", - deyə adı çəkilməyən ABŞ məmuru bildirib.

Öz növbəsində RF Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov RİA Novosti-nin sorğusuna cavab olaraq bildirib ki, Rusiya COVID-19 əleyhinə vaksinin hazırlanması sahəsində ABŞ-a heç bir rəsmi təklif göndərməyib.

Xatırladaq ki, avqustun 11-i Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən, yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

86
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İnsanları ölümcül xəstəlikdən "Sputnik" xilas edəcək
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"