İtaliyada "COVID-19" xəstəliyindən "qəribə" ölüm hadisələri baş verir

© REUTERS / GUGLIELMO MANGIAPANEСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
Ölümdən əvvəl insanlarda xəstəliyin ciddi simptomları özünü göstərməyib. Bir sutka ərzində pansionatlardan birində ən azı beş belə ölüm faktı qeydə alınıb.

BAKI, 2 aprel — Sputnik. Koronavirusun tüğyan etdiyi İtaliyanın Lombardiya vilayətində "COVID-19" xəstəliyinin yeni xüsusiyyətləri aşkar edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Moskovski Komsomolets" qəzeti yazır. 

Ситуация в связи с эпидемиологической обстановкой в Испании - Sputnik Azərbaycan
İtaliyadan sonra Türkiyə İspaniyaya da yardım göstərəcək

Belə ki, Qromo şəhərində koronavirusu olan insanların sadəcə yatdığı və oyanmadığı bir neçə hal qeydə alınıb. Bununla yanaşı, qeyd edilir ki, ölümdən əvvəl həmin insanlarda xəstəliyin ciddi simptomları özünü göstərməyib.

Qəzetin yazdığına görə, bir sutka ərzində könüllülərin çalışdığı pansionatlardan birində ən azı beş belə "qəribə" ölüm baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu "COVID-19" xəstəliyinin yayılmasını pandemiya elan edib. Bütün dünyada 820 mindən artıq yoluxma hadisəsi qeydə alınıb, 40 mindən çox insan dünyasını dəyişib.

Xəstəliyin yayılmasına görə İtaliya Avropada birinci yeri tutur. Son rəsmi məlumatlara görə, İtaliyada artıq 110 mindən çox yoluxma qeydə alınıb, 17 minə yaxın xəstə sağalıb, 13155 nəfər ölüb.

Xəbər lenti
0