Tibb işçiləri Kommunarkada

Şad xəbər: Dünyada koronavirusdan xilas olanların sayı bu həddi keçdi

120
Dünya üzrə yluxanların sayı isə hazırda 950 min 652 nəfərdir. 48 min 290 nəfər bu virusdan həyatını itirib.

BAKI, 2 aprel - Sputnik. Hazırda Yer kürəsində yeni növ koronavirusdan sağalanların sayı 200 min nəfəri keçib. Bu barədə Sputnik Azərbaycan worldometers.info saytına istindən məlumat verir. 

Dəqiq desək, dünyada 202 min 631 nəfər bu bəladan yaxasını qurtarıb.

Dünya üzrə yluxanların sayı isə 950 min 652 nəfərdir. 48 min 290 nəfər bu virusdan keçinib.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

120
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda artıq 10 min yoluxan var: bir gündə 19 nəfər öldü

1
Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 796-ya çatıb

BAKI, 2 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 10 009-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 517 nəfər artıb.

Ermənistanda son gündə daha 19 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 158-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3427 olub. Hazırda bu ölkədə olan 6 368 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 796-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
Dünyanın düzəni dəyişir – ABŞ Çinə qarşı görün kimlə koalisiya qurmaq istəyir
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Koronavirusdan ölənlərin sayı 375 mini keçdi
Xəstəyə iynə vurulması, arxiv şəkli

Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır

77
(Yenilənib 11:55 02.06.2020)
Kliniki sınaqlar Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib

BAKI, 2 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi yerli unikal koronavirus əleyhinə vaksininin kliniki sınaqlarının həyata keçirilməsi üçün könüllüləri seçib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu məqsədlə 50 hərbçi seçilib ki, onlardan da 5-i qadındır. Onlar müvafiq müayinə və testlərdən keçiblər.

Kliniki sınaqların Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib.

Könüllü hərbçilərdən ibarət qrup sınaq üçün iyunun üçündə bazaya gələcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

77
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Peyvənddən imtina edənləri cərimələyəcəklər
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər