Siyasət və anti-irqçilik: Necə oldu ki, virus bütöv bir ölkəni iflic etdi

© REUTERS / FLAVIO LO SCALZOСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 1-də Florensiya şəhərinin meri Dario Nardella "Bir Çinlini Qucaqla Günü" adlı kampaniyaya start verib.

BAKI, 30 mart — Sputnik. Avropa və İtaliya Virusologiya Cəmiyyətinin keçmiş prezidenti və Padua Universitetinin virusologiya və mikrobiologiya üzrə professoru Doktor Corco Palu İtaliya hökumətinin koronavirusla mübarizədə ləng hərəkət etdiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə CNN telekanalına danışıb. 

"Başlanğıcda (mübarizə – red.) çox ləng idi... İtaliyada həddindən artıq siyasət var. Çindən, yəni episentrdən gələn insanları təcrid etmək təklifi var idi. Sonradan bunu (təcrid təklifini – red.) irqçilik kimi qəbul etdilər. Lakin xəstəliyin yayılma zonasından gələn insanlar var idi", - Palu deyib.

Onun sözlərinə görə, məhz bu indiki fəlakətli vəziyyətə gətirib çıxarıb.

Palu hesab edir ki, şəhərlərin və regionların bağlanması daha geniş miyqaslı və daha sərt olmalı, yalnız qırmızı zonaya daxil edimiş 11 əyalətlə məhdudlaşmalı deyildi.

"Lombardiyada daha çox diaqnostik testlər aparmalı idik. Xəstəliyin böyük özəyi orada idi. Həftədə bir dəfə supermarketə getməyə çalışmağın heç bir mənası yoxdur. Bayırda keçirdiyiniz vaxtı azaltmalısınız, izolyasiya əsasdır", - o deyib.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии  - Sputnik Azərbaycan
İtaliyada koronavirusdan ölənlərin sayı gündəlik rekordu qırıb

"Bir Çinlini Qucaqla Günü"

Bu arada İtaliyanın koronavirusa qarşı reaksiyasına anti-irqçi yanaşmanın necə təsir etdiyinin əyani nümunəsi ortaya çıxıb.

Belə ki, fevralın 1-də Florensiya şəhərinin meri Dario Nardella ABŞ Prezident Donald Trampın və İtaliya Baş Naziri Cüzeppe Kontenin Çinə səfərlərə məhdudiyyət qoymasından sonra "Bir Çinlini Qucaqla Günü" adlı kampaniyaya start veribmiş.

"Biz səhiyyə orqanlarının göstərişlərinə əməl edirik və ehtiyatlı davranırıq, amma heç bir psixoloji terrorizm yoxdur", - Nardella öz "Twitter" səhifəsində bu kampaniyanı elan edərkən yazıb.

O, həmçinin, koronavirusu "nifrət və təhqir yağdırmaq üçün bəhanə kimi istifadə etməyi gözləyənləri" tənqid edib.

Nardella tvitinə həmçinin #AbbracciaUnCinese (#BirÇinliniQuacaqla) heşhteqini əlavə edib.

Pekin isə Florensiyanın "Bir Çinlini Qucaqla Günü" layihəsini alqışlayıb. Bu kampaniya barədə hətta Çinin CGTN telekanalı və "Global Times" qəzeti məlumat veriblər.

​Martın 30-na olan məlumata görə, İtaliyada SARS-CoV-2 koronavirusunun səbəb olduğu "COVID-19" xəstəliyinə 97,689 insan yoluxub. Onlardan 10,779 nəfər dünyasını dəyişib, 13,030 nəfər sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də "COVID-19" xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 634 mindən çox yoluxma faktı qeydə alınıb, təxminən 30 min insan dünyasını dəyişib.

Xəbər lenti
0