Fransa hərbi qulluqçusu Leclers tankının qarşısında

Fransa qoşunlarını İraqdan çıxarır - Koronavirusa görə

15
Ümumdünta Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yoluxanların sayı 400 mini ötüb, 18 min nəfər isə bu virusdan həlak olub.

BAKI, 26 mart — Sputnik. Fransa yeni sərəncama qədər koronavirus yayılmasına görə qoşunlarını İraqdan çıxarır. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"İraq hökuməti ilə qarşılıqlı fəaliyyət içərisində koalisiya özünün İraqdakı fəaliyyətini korrektə etmək və səhiyyə sahəsində böhran nəzərə alınmaqla bu ölkənin təhlükəsizlik qüvvələrinin təlimini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib", - Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının kommünikesində deyilir.

Beləliklə, "Fransa yeni göstərişədək İraqdakı hərbçilərini çıxarmaq qərarına gəlib".

Qoşunların çıxarılmasına martın 26-da başlanacaq.

Koronavirus artıq dünyanın 170-dən çox ölkəsində aşkar edilib. Ümumdünta Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yoluxanların sayı 400 mini ötüb, 18 min nəfər isə bu virusdan həlak olub.

Azərbaycanda COVID-19 virusuna 93 nəfər yoluxub, onlardan 2 nəfər ölüb, 10 nəfər isə sağalıb.

15