Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO

© Sputnik / Igor Onuchin / Mediabanka keçidBaykal gölünün sahilində ev
Baykal gölünün sahilində ev - Sputnik Azərbaycan
Abunə olmaq
"Əvvəlcə problemimiz olanda şamanın, sonra da lamanın yanına gedirik, lap möhkəm sığortalanmaq isətəyəndə keşişin də yanına gedə bilərik"

BAKI, 26 mart — Sputnik, İrina Ovçinnikova. Baykaldan söhbət açanda adətən, İrkutsk, Listvyanka, Olxon adasını nəzərdə tuturlar. Ancaq dünyanın ən dərin gölünün sahilinin böyük hissəsi Buryatiya Respublikasının ərazisinə düşür. Burada dənizə (yerlilər Baykalı belə adlandırırlar) giriş rahatdır, qumlu çimərlikləri və suyu 25 dərəcəyədək qızan körfəzləri var. Ancaq buz altında olanda bu göl başqa cür füsunkardır.

Baykal niyə qışda qatar kimi “səs-küy” salır, yayda necə qoxuyur, mərcangilə ağaclarını harada axtarmalı – bütün sualların cavabı RİA Novosti-nin məqaləsində.

Şəffaf buz və bu yerlərin ruhu

“Çoxları şəkillərdə Baykalın üzərində şəffaf, təmiz buzu görüb fikirləşirlər ki, onun hər yerində belədir, amma deyil, - yerli turfirmalardan birinin əməkdaşı Valentin danışır. – O, adətən, kənardakı torpaq kimi qarla örtülü olur, külək qarı sovuranda isə şəffaf buz görünür. Bu, daha çox gölün şimal tərəfində belə olur”.

© Sputnik / Irina OvchinnikovaBaykal gölündə qar
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykal gölündə qar

Valentin əlavə edir ki, buzun xüsusi şəffaflığı və hamarlığının səbəbi onun üzərinə tökülən isti sudur. Düzdür, bu effekt uzun çəkmir, amma bir fotosessiyanın müddətinə davam gətirir.

Biz qəşəng şəkillər axtarışında deyilik. Ona görə də cənuba, Tanxoy qəsəbəsinə yollanırıq.

© Sputnik / Igor Onuchin / Mediabanka keçidBaykal gölü boyunca avtomobil yolu
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykal gölü boyunca avtomobil yolu

Ulan-Udedən gedəndə yol iki saat çəkir. Yol aşırımlıdır, hamısının da təpəsində gərək “burhanlayasan” – yəni yerli ruha nəsə qurban verəsən. Bunun üçün ya yerə qəpik, konfet atırsan, ya da sadəcə torpağa su çiləyirsən.

“Bu, qədim şaman adətinin bir hissəsidir, - bələdçi Darima izah edir. – Ancaq çox vaxt buddistlər, pravoslavlar, hətta ateistlər də buna riayət edirlər. Sərt iqlim (kəskin kontinental, yəni qışda mənfi 40, yayda müsbət 40 dərəcə) sanki insanları sığortalanmağa və kiçik “rüsum” ödəməyə məcbur edir. 

Dinlərin və mistikaya inancın belə çulğalaşması burada hər addımbaşı rast gəlinir. “Əvvəlcə problemimiz olanda şamanın, sonra da lamanın yanına gedirik, lap möhkəm sığortalanmaq isətəyəndə keşişin də yanına gedə bilərik”, - yerlilər gülərək deyirlər.

Söhbət yolu xeyli qısaldır, artıq Baykal görünməyə başlayır. İndi yol sahil xəttiylə paralel gedir, amma bizi göldən dəmiryolu xətti, məşhur Transsibir, ayırır.

© Sputnik / Igor OnuchinBaykal gölü boyunca Transsibir dəmiryolu magistralı
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykal gölü boyunca Transsibir dəmiryolu magistralı

“Turistlərə məsləhət görürəm ki, Ulan-Udeyə gəlib qatarla Baykalın cənubu ilə İrkutska (ya da tərsinə) getsinlər. Özü də mütləq səhər, gecə yox!” – Darima deyir. O dəqiqləşdirir ki, yay vaxtı belə səyahət zamanı pəncərəni açmaq vacibdir: buranın havası təzə xiyar və azacıq qarpız ətri verir. 

İlğımlar və toroslar

Sahildə maşını saxlayıb buzun üstünə doğru getməyə çalışırıq – o qədər yağıb ki, 30 santimetr qalınlıqda qarda güclə hərəkət edirik.

© Sputnik / Irina OvchinnikovaBaykalın sahili qışda
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykalın sahili qışda

Bir saniyəlik adama elə gəlir ki, bura ideal düzənlik sahədir, Baykalın real olduğuna isə ayağımız altdakı toroslar – buz yığnaqları inandırır. Buz yığnağının qalınlığı bəzi yerlərdə on metrə çatır.

“İş bundadır ki, buz sadəcə bir lay deyil, o, müxtəlif sıxlığa malik fraqmentlərdən ibarətdir və bunlar da bir-birinə nəzərən hərəkət edir. Toqquşma nöqtələrində buz yığnaqları əmələ gəlir və elə səs çıxır ki, elə bil yanından qatar keçir”, - Darima deyir.

İri buz parçaları tort dilimlərinə oxşayır – kəsikdə firuzəyi, şəffaf, bulanıq laylar görünür. Qəşəng də parıldayır -  bəxtimizdən hava günəşlidir. Əslində bəxtlik burada bir şey yoxdur: Buryatiyada səma ilin 300 günü buludsuz olur.

© Sputnik / Kirill Shipitsyn / Mediabanka keçidBaykal gölündə buz
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykal gölündə buz

Baykalın özünün də ilğımları var – işığın özünəməxsus sınması səbəbindən elə görünür ki, qarşı sahil olduğundan daha yaxındır. Deyirlər ki, bu ilğımlar xeyli səyyahı aldadıb. Birinə hətta elə gəlirmiş ki, Listvyankaya qədər məsafə cəmi dörd-beş kilometrdir. Yerli sakinlərin bu məsafənin təxminən on dəfə böyük olduğunu deməsinə rəğmən, inanmayıb və piyada qarşı tərəfə getməyə başlayıb. Çovğun başlayıb, adam azıb, bir sutkadan sonra acıqlı və kirimişcə qayıdıb.

© Sputnik / Irina OvchinnikovaBaykalda sakit şaxtalı hava
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykalda sakit şaxtalı hava

Hərdən də elə olur ki, İrkutsk tərəfdən baxanlar guya Buryatiyanın çimərliklərini görürlər. Bu, illüziyadır, orada ancaq qayalıq və yarğanlar var.

Bərə keçidi

Baykalın məhz Tanxoy qəsəbəsi sahilinə gəlməyizimin səbəbi var: burada sahildə mövcud olan üç bərə  keçidindən birinin qalıqları qalıb.

© Sputnik / Irina OvchinnikovaBaykalda köhnə bərə keçidinin yerində vaqonlar
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykalda köhnə bərə keçidinin yerində vaqonlar

XX əsrin əvvəllərində bir neçə illər boyu, hələ o vaxt Transsib tikilməmişdi (bura göl sahilinin ən çətin yerlərindən biriydi), iki iri buzqıran – “Baykal” və “Anqara” su dolu dəmiyolu vaqonlarını buraya daşıyırdılar. 

Göldə buz qatı qalınlaşanda onun üzərindən relslər düzüb, vaqonları atlara qoşaraq daşıyırdılar. İndi köhnə limandan qalan burun hissədə üç ədəd yarımdağılmış hasar qalıb, 1904-1905-ci illərdəki rus-yapon müharibəsi zamanı isə burada silah-sursat və ərzaq qəbul edirmişlər.

© Sputnik / V. Smirnykh / Mediabanka keçidTranssibir dəmiryolu magistralı
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Transsibir dəmiryolu magistralı

Buradan bir qədər aralıda iki il qabaq “Baykal bərə keçidi” tarixi-memorial kompleksi açılıb.

Mərcangilə ağacları

Tanxoyda həmçinin Baykal biosfera qoruğunun mərkəzi mülkü yerləşir (UNESCO-nun ümumdünya rezervat şəbəkəsinə daxildir). Burada nəhəng sidr ağaclarından başqa, minlərlə bitki və onlarla növ  heyvana - qonur ayı, maral, sığın, qaban və s. - rast gəlmək mümkündür. Bütün bunların hamısını üç ekoloji cığırdan birindən keçməklə öz gözünlə görə bilərsən.

© Sputnik / Irina OvchinnikovaBaykalda qoruqda ekoloji cığır
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykalda qoruqda ekoloji cığır

Düzdür, qış vaxtı burada onlardan ancaq biri, özü də bir kilometr uzunluqda, açıq olur. Yolun sonunda kiçik qış daxması, içində də yanan soba, taxta rəflər və masa var. Adətən belə yerlərdə meşədə ov edənlər gecələyirlər. Qoruqda isə əməkdaş turist qrupunu qarşılayır, onları çay və şəkər tozu ilə ovulmuş mərcangiləyə qonaq edir.

O deyir ki, bir dəfə Moskvadan gələn qonaqlar bu giləmeyvənin hansı ağacdan yığıldığını göstərməyi xahiş ediblər (ən azından, Buryatiyada təəccüblənmək üçün onların əlində bir səbəb olub).

Qoruğun direktor müavini İrina Lyasotanın sözlərinə görə, həm qışda, həm də yayda könüllülərin sayı çox olur, hətta onlar üçün ayrı yaşayış korpusu tikilib. Daha çox Avropadan, Amerikadan gəlirlər, Moskvadan gələnlərin sayı isə elə də çox deyil.

© Sputnik / Aleksey NikolskiyВладимир Путин знакомится с работой визит-центра «Байкал заповедный».
RF Prezidenti Vladimir Putin “Baykal qoruq” vizit mərkəzinin işi ilə tanış olur   - Sputnik Azərbaycan
1/3
Владимир Путин знакомится с работой визит-центра «Байкал заповедный».
© Sputnik / Irina OvchinnikovaВизит-центр Байкальского природного заповедника.
Baykal qoruğunun vizit mərkəzi - Sputnik Azərbaycan
2/3
Baykal qoruğunun vizit mərkəzi
© Sputnik / Irina OvchinnikovaФрагмент стенда в визит-центре.
Baykal təbiət qoruğunun vizit mərkəzində stendin fraqmenti - Sputnik Azərbaycan
3/3
Baykal təbiət qoruğunun vizit mərkəzində stendin fraqmenti
1/3
Владимир Путин знакомится с работой визит-центра «Байкал заповедный».
2/3
Baykal qoruğunun vizit mərkəzi
3/3
Baykal təbiət qoruğunun vizit mərkəzində stendin fraqmenti

Baykalın sahilində qoruğun özünün vizit mərkəzi var, buraya 2017-ci ildə Buryatiyaya səfəri zamanı Prezident Vladimir Putin də baş çəkib (onun şəkli şərəfli yerdən asılıb).

© Sputnik / Irina OvchinnikovaBaykal təbiət qoruğunun vizit mərkəzində stendlər
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Baykal təbiət qoruğunun vizit mərkəzində stendlər

Sivilizasiyadan bu qədər uzaqda texnoloji stendlər, ekranlar, uşaq kvestləri üçün avadanlıq, fitoçay içib iri pəncərələrdən gölü seyr edə biləcəyin dəbli kafe görəcəyini heç təxmin etmirsən. “İndi isə Barquzin samurlarını görməyə gedək, burada qəfəs var”, - bələdçi deyir. Gözləyirsən ki, məftildən toxunma tor görəcəksən, zooparkdakı kimi.

© Sputnik / Irina OvchinnikovaBarquzin samurlarının qəfəsi, Baykal təbiət qoruğu
Qatar kimi səs-küy salan buzlu Baykal, şaman adətləri və mərcangilə - FOTO - Sputnik Azərbaycan
Barquzin samurlarının qəfəsi, Baykal təbiət qoruğu

Yox. Qrom və Tuçka əla, geniş volyerdə yaşayırlar, qəfəsin içində daşlar, ağac kötükləri var. Hələ bu heyvanların şəxsi Twitter hesabları da var. Nə vaxt istirahət edəcəkləri də öz keflərinə baxır. İndi bizim bəxtimiz gətirməyib – bacı-qardaş yuxudadırlar.

Yəqin, elə bu heyvanları ayıq vaxtda görmək buraya yenidən qayıtmaq üçün bir bəhanədir. O zaman gün daha uzun olacaq, Baykalın havası isə yüngül giləmeyvə ətri ilə bizi ovsunlayacaq.

* Materialın hazırlanmasına Buryatiya Rspublikasının İnformasiya Siyasəti Komitəsinə minnətdarıq.

 

Xəbər lenti
0