Tramp Səudiyyə kralının planını bəyəndi və bir xahiş etdi

© AP Photo / Evan VucciПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp və Salman arasındakı söhbətdən iki həftə əvvəl neft qiymətlərinin güclü düşməsi Ağ Ev üçün gözlənilməz olub.

BAKI, 25 mart — Sputnik. ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının yanacaq hasilatını artırmaqla Rusiyanı neft bazarlarından sıxışdırıb çıxarmaq planlarını dəstəkləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Politico" nəşrinə məlumatlı mənbələr deyiblər.

Administrasiyanın keçmiş yüksək vəzifəli əməkdaşının sözlərinə görə, Tramp Ər-Riyadın planlarını yaxşı qarşılayıb, lakin eyni zamanda Amerikalı yanacaq istehsalçılarını qorumaq üçün neft qiymətlərinin çox güclü düşməsinə imkan verməməyə çağırıb.

Lakin "Politico" nəşrinin həmsöhbəti qeyd edib ki, Tramp və Məhəmməd ibn Salman arasındakı söhbətdən iki həftə əvvəl neft qiymətlərinin güclü düşməsi Ağ Ev üçün gözlənilməz olub.

"Heç kim düşünmürdü ki, o, (neft – red.) bu qədər aşağı düşəcək", - mənbə qeyd edib.

 

Xəbər lenti
0