Valyutadəyişmə məntəqəsinin işçisi dollarları sayır, arxiv şəkli

"Güclü dollar yaxşıdır, amma ticarəti çətinləşdirir"

30
"Amerika çox tezliklə yenidən biznes üçün açıq olacaq, bəzilərinin fikirləşdiyi kimi, 3-4 aydan daha tez"

BAKI, 24 mart — Sputnik. "Güclü dollar yaxşıdır, amma ticarəti çətinləşdirir".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Güclü dolları olmaq - çox yaxşı səslənir. Ancaq bu, ticarəti həddən artıq çətinləşdirir", - Tramp deyib. ABŞ Prezidenti əmindir ki, ölkə iqtisadi fəaliyyətini 3-4 ay sonra bərpa edə bilər. 

"Gəlin işləyək. Ölkəmiz onunçün yaradılmayıb ki, bağlı olsun... Amerika çox tezliklə yenidən biznes üçün açıq olacaq, bəzilərinin fikirləşdiyi kimi, 3-4 aydan daha tez", - Tramp mətbuat konfransında bildirib.

"Biz imkan verə bilmərik ki, dərman xəstəlikdən betər olsun", - koronavirus pandemiyası ilə mübarizəni nəzərdə tutan Prezident əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada 330 mindən çox insan koronavirusa yoluxub, 14,5 mindən çox insan isə onun yaratdığı ağır sətəlcəm xəstəliyindən dünyasını dəyişib.

30
Əlaqədar
"Ölkəmiz üçün əladır" – Trampdan baş verənlərə reaksiya
Trampa Səudiyyə Ərəbistanı və Rusiyanı vurmaq təklif olundu
Amerika Rusiyanı neft qiymətinə görə necə cəzalandırmaq üzərində düşünür
Trampın rəqibi bəlli olur – Sandersi gözləyirdilər, Bayden çıxdı
Vaşinqtondan Ər-Riyada gedən gizli məktub – Neft bazarında kəskin dəyişiklik ola bilər