Almaniya Kansleri Angela Merkel, arxiv şəkli

Merkel karantinə göndərilir Koronavirus şübhəsi var

33
(Yenilənib 23:30 22.03.2020)
"Mətbuat qarşısında bugünkü çıxışdan sonra kanslerə məlumat verdilər ki, onu cümə günü profilaktiki peyvənd edən həkimin koronavirus testi müsbət nəticə verib”, - Şteffen Zaybert deyib. 

BAKI, 22 mart — Sputnik. Almaniya Federativ Respublikasının kansleri Angela Merkel ev karantininə göndərilir.

Sputnik Azərbaycan RT-yə istinadla istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

Qeyd edilir ki, buna səbəb kanslerin bu günlərdə koronavirusa yoluxmuş həkimlə təmasda olmasıdır. 

"Mətbuat qarşısında bugünkü çıxışdan sonra kanslerə məlumat verdilər ki, onu cümə günü profilaktiki peyvənd edən həkimin koronavirus testi müsbət nəticə verib”, - o deyib. 

"Kansler dərhal ev karantininə getməyə qərar verdi", - Zaybert əlavə edib.

Onun sözlərinə görə, kansler yaxın günlərdə virusla bağlı testlər verəcək. "Kansler həmçinin ev karantinində xidməti vəzifələrini yerinə yetirəcək", - Nazirlər Kabinetinin nümayəndəsi bildirib.

33
Restoranda nahar, arxiv şəkli

Bar restoranlarla bağlı yeni qərar verilib

6
(Yenilənib 14:40 26.09.2020)
Qərara görə, 6 ay qüvvədə olacaq yeni tələblərə cavab verməyən həm fiziki, həm də hüquqi şəxslər yüksək əbləğdə cərimələnəcəklər.

BAKI, 26 sentyabr — Sputnik. İngiltərənin baş naziri bar və restoranlarla bağlı yeni qərar açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yeni qərara əsasən ölkədəki pandemiya vəziyyətinin daha da kritikləşməsi ilə bar və restoranlaırn fəaliyyəti saat 22:00-dan etibarən dayandırılır. Beləcə artıq qərarın qüvvəyə minməsi ilə küçələrdə böyük boşluq yaranıb, sıxlıq aradan qalxıb. Qərarın bir bəndinin məhz bar və restoranlara şamil edilməsinin səbəbi isə son zamanlar xüsusən də gənclər arasında COVID-19-a yoluxma halının daha çox qeydə alınması ilə əlaqədardır.

Qərara görə, 6 ay qüvvədə olacaq yeni tələblərə cavab verməyən həm fiziki, həm də hüquqi şəxslər yüksək məbləğdə cərimələnəcəklər.

Qeyd edək ki, bu gün Avropa ölkələrində ən çox ölüm halının qeydə alındığı ölkələrdən biri olan İngiltərədə bu günədək ölü sayı 41 min 902 olub. '

6
Neft, arxiv şəkli

Dünyada neftin qiymətləri ucuzlaşır

2
(Yenilənib 14:37 26.09.2020)
"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 41,76 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

2