Trampa Səudiyyə Ərəbistanı və Rusiyanı vurmaq təklif olundu

© AFP 2023 / MANDEL NGANПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi senatorlar əmindirlər ki, iki ölkə tərəfindən başladılan qiymət müharibəsi ilk növbədə şist nefti çıxaran ABŞ şirkətlərinə qarşı yönəlib

BAKI, 19 mart - Sputnik. Bir qrup Amerika senatoru Səudiyyə Ərəbistanının Birləşmiş Ştatlardakı səfiri ilə danışıqlar aparıb, bundan sonra prezident Donald Trampdan Krallıq və Rusiya neftinə embarqo qoymaqla bu ölkələrə zərbə vurmağı təklif edib. Bu barədə Sputnik Azərbaycan Reuters-ə istinadən xəbər verir.

Bəzi senatorlar əmindirlər ki, iki ölkə tərəfindən başladılan qiymət müharibəsi ilk növbədə şist nefti çıxaran ABŞ şirkətlərinə qarşı yönəlib.

Respublikaçı senator Kevin Kramer vurğulayıb ki, belə bir təzyiq taktikası Rusiya üçün adi hala çevrilib, lakin onda ABŞ-ın strateji tərəfdaşı Ər-Riyadın iştirakı xüsusilə üzücüdür.

Onun fikrincə, Səudiyyə Ərəbistanının hərəkətlərini təkrarlayan və hasilatı artıran OPEC-in digər ölkələrinə qarşı da təzyiq edilməlidir.

 Səüdiyyə Ərəbistan brokerləri, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vaşinqtondan Ər-Riyada gedən gizli məktub – Neft bazarında kəskin dəyişiklik ola bilər

Qeyd edək ki, daha əvvəl ABŞ-dan olan 13 senator Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmana məktub yazaraq onu neft hasilatını kəskin şəkildə artırmamağa çağırıb.

Məktubun müəlliflərinin hamısı Prezident Donald Trampın da üzv olduğu Respublikaçı Partiyasını təmsil edir. Onlar neft bazarında kollapsın hər iki ölkənin uzun illərdir ki, davam edən strateji tərəfdaşlığına zərər vuracağını bildiriblər.

Senatorlar vurğulayırlar ki, Ər-Riyadın addımları koronavirus pandemiyası ilə bağlı qlobal böhran fonunda baş verir. Yaranmış vəziyyət onsuz da enerji bazarları və şirkətlərin sabitliyinə təsir edib. Ona görə də neft bazarında hasilatın artırılması tamamilə yersizdir.

Senatorlar xatırladıblar ki, ABŞ uzun illərdir ki, Səudiyyə Ərəbistanını dəstəkləyir, buna cavab olaraq Krallıq dünya neft bazarında sabitliyin olacağına söz vermişdi: “Biz Krallığı dünya iqtisadiyyatının sabitləşməsində konstruktiv rol oynamağa və neft-qaz sektorunda həyəcanı aşağı salmağa dəvət edirik”.

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.

Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.

Xəbər lenti
0