İsrailli nazirdən koronavirusla bağlı bədbin müraciət: hazırlaşın

© REUTERS / CORINNA KERNСитуация в связи с эпидемиологической обстановкой в Израиле, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в Израиле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Belə görünür ki, virus 2021-ci ilə qədər davam edə bilər. Mövsümi qriplə koronavirusun birlikdə müşahidə edilməsi məni hər şeydən çox narahat edir

BAKI, 19 mart — Sputnik. İsrailin Səhiyyə Nazirliyinin direktoru Moşe Bar Siman Tov koronavirusun 2021-ci ilə qədər davam edə biləcəyini və xalqın buna hazırlaşmasının lazım olduğunu qeyd edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Bar Siman Tov cəmiyyətin çağırışlara əməl etmədiyi təqdirdə güc yolu ilə qaydalara riayət etdiriləcəyini də vurğulayıb. 

“Biz küçədə gəzən insanlara polis göndərmək istəmirik. Biz cəmiyyətdə məsuliyyət hissinin yarandığını görmək istəyirik”, - deyə direktor əlavə edib.

Baş direktor qeyd edib ki, məqsəd daha çox zaman qazanmaqdır: “Biz xəstəliyi öyrənirik. Baxırıq ki, ona qarşı nə işləyir, nə işləmir. Partlayış olmadan keçən hər gün bizim qazancımızdır. Bu qaçılmaz ola bilər, amma nə qədər gec olsa, o qədər yaxşıdır. Bu gün bizim vəziyyətimiz bir ay əvvəldən daha yaxşıdır.  Riyazi rəqəmlər narahatedicidir. Belə görünür ki, virus 2021-ci ilə qədər davam edə bilər. Mövsümi qriplə koronavirusun birlikdə müşahidə edilməsi məni hər şeydən çox narahat edir”.

Bar Siman Tovun sözlərinə görə, əsas məqsəd gün ərzində 3000-ə qədər  yoxlama aparmaqdır. Gələn həftədən MADA testetmə mərkəzi fəaliyyətə başlayacaq.  İnsanlar ora dəvət ediləcək və virusa qarşı yoxlanılacaqlar. 

Tezliklə ölkəyə 4 milyon test gətiriləcək.

Xəbər lenti
0