Qoruyucu maskada qaçan kişi, arxiv şəkli

Koronavirusdan vətənlərinə piyada qaçdılar

382
(Yenilənib 00:16 19.03.2020)
Macarıstan-Ukrayna sərhədində piyada keçid qadağan olunsa da, diplomatlar hər iki ölkənin sərhədçiləri ilə yüzlərlə əmək miqrantının öz evlərinə qayıtması mexanizmini razılaşdıra biliblər.

BAKI, 19 mart — Sputnik. Bu həftənin əvvəlində Ukrayna-Macarıstan sərhədinə piyada gəlmiş 400-dən çox ukraynalı vətənlərinə qayıda bilib. Sputnik Azərbaycan Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib. sa da, diplomatlar hər iki ölkənin sərhədçiləri ilə yüzlərlə əmək miqrantının öz evlərinə qayıtması mexanizmini razılaşdıra biliblər.

“Ukrayna tərəfindən taksi və ya fərdi daşıyıcılar gəlir, macarıstanlı sərhədçiləri sərhəddə gözləyən ukraynalıları yığırlar, onlar avtomobillərə oturur, sərhədi keçib evlərinə qayıdırlar”, - Kuleba bildirib.

O, ukraynalıların sərhədə gəlməyə davam etdiyini vurğulayıb.

Ukraynada aprelin 3-dək karantin elan edilib. Təhsil müəssisələri bağlanıb, kütləvi tədbirlər qadağan edilib, aviauçuşlar dayandırılır. Ali Rada koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün qanun qəbul edib. Sənəddə başqalarını qəsdən yoluxdurmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur, karantin qaydalarına əməl edilməməsinə görə vətəndaşlara və dövlət qulluqçularına cərimələr tətbiq edilir.

382
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

34
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

34
Xoruz

Xoruz polis şefini öldürdü

36
(Yenilənib 23:34 28.10.2020)
Filippində polislər xoruz döyüşlərinə qarşı reydlər keçiriblər. Bu zaman döyüş xoruzu yerli polis şefini öldürüb.

BAKI, 28 oktyabr — Sputnik. Filippində olduqca qəribə qətl hadisəsi baş verib. Belə ki, xoruz yerli polis şefini öldürüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən Filippində polislər xoruz döyüşlərinə qarşı reydlər keçiriblər. Belə reydlərdən biri zamanı döyüş xoruzu yerli polis şefini öldürüb. Belə ki, xoruzun caynağına ülgüc bağlanıbmış.

36
Teqlər:
Filippin
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

0