Ruslarla ərəblər neft bazarında biri-birini-qırırlar – Bu ölkə isə sərvət əldə edir

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidФлаги России и Саудовской Аравии на столах участников заседания стран-участниц соглашения о сокращении добычи нефти ОПЕК+ в Вене
Флаги России и Саудовской Аравии на столах участников заседания стран-участниц соглашения о сокращении добычи нефти ОПЕК+ в Вене - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkə neftin alınmasına 95,96 milyard dollar xərcləyib ki, bu da ötən illə müqayisədə 12% azdır. Əgər neft bir barel üçün 50 dollardan çox olarsa, bu sahə ölkənin ixracının 21%-ni təşkil edərdi

BAKI, 13 mart — Sputnik. Neftin qiymətlərinin kəskin düşməsində qalib Hindistan olacaq. Belə ki, bu ölkə öz enerji resurslarının 80%-indən çoxunu idxal edir. Sputnik Azərbaycan xəbər verir ki, CNBC telekanalı məsələ ilə bağlı ekspertlərlə danışıb.

IHS Markit şirkətinin Asiya-Sakit okean regionunda baş iqtisadçısı Raciv Visvas neft bazarında yaranmış vəziyyəti Hindistan üçün hədiyyə adlandırıb. Çünki bu vəziyyət ölkəyə inflyasiyanı və idxal xərclərini azaltmağa imkan verəcək.

На територии завода Saudi Aramco, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Koronavirus, neft və manatın taleyi – Bizi yaxın vaxtlarda nələr gözləyir?

Hindistan uzun illər dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı hesab olunurdu, lakin son vaxtlar daxili və xarici problemlərlə bağlı bu statusu itirib. 2019-cu ilin dördüncü rübündə Hinidtsnaın ÜDM-i 4,7%-ə qədər aşağı düşüb.

Analitik vurğulayıb ki, ucuz neft neft sənayesi, energetika və nəqliyyat kimi sahələrin inkişafına səbəb ola bilər. Bu faktorlar isə öz növbəsində Hindistan Bankına baza dərəcəsini aşağı salmağa və biznesə daha ucuz kreditlər verməyə imkan verəcək.

Sinqapurun "DBS Group" şirkətinin iqtisadçısı Radhika Rao hesab edir ki, neft bazarında baş verənlər aşağı baza dərəcəsi ilə Hindistan çox yaxşı ÜDM artımı əldə edə bilər.

Qeyd edək ki, Hindistan bu maliyyə ilində (martın sonuna qədər davam edir) neftin alınmasına 95,96 milyard dollar xərcləyib ki, bu da ötən illə müqayisədə 12% azdır. Əgər neft bir barel üçün 50 dollardan çox olarsa, bu sahə Hindistan ixracının 21%-ni təşkil edərdi. Ötən ay Hindistanın neft və qaz naziri Carmendra Pradxan vurğulayıb ki, əgər bir barel üçün neft 50-60 dollar olsa idi o çox xoşbəxt olardı.

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.

Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.

Xəbər lenti
0