Pentaqonun etirafı planetə baha oturacaq: daha dəhşətli silah gəlir

© AP Photo / Charles DharapakЗдание Пентагона в Вашингтоне
Здание Пентагона в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin vurğulayır ki, bu onilliyin ortasına daha geniş imkanlara malik sistemlər yaradıla bilər

BAKI, 3 mart — Sputnik. Rusiya və Çin hipersəs sürətinə malik silahların hazırlanmasına görə Birləşmiş Ştatları üstələyiblər. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin araşdırma və mühəndislik proqramının direktoru Mark Lüis və onun hipersəs sistemləri üzrə müavini Maykl Uayt bildiriblər.

Lüis Rusiyanın üstünlüyünü soyuq müharibə dövründə hazırlanan layihələrlə izah edib. O əlavə edib ki, Çin isə bu nəticələri mövcud sahəyə kütləvi şəkildə vəsaitin yatırılması ilə əldə edib.

Uaytın sözlərinə görə, hazırda Birləşmiş Ştatlar hipersəs sürətinə malik qanadlı raketlərin hazırlanması üzərində işləyir. O, həmçinin vurğulayır ki, bu onilliyin ortalarında daha geniş imkanlara malik sistemlər yaradıla bilər.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Baş Qərargahlarının rəisi Mark Milli bildirib ki, ölkəsi Rusiya və Çin qarşısında üstünlüyünü itirib.

Milli vurğulayıb ki, Birləşmiş Ştatlar hələ də müharibələrin qarşısını almağa və hücumdan müdafiə olunmağa, həmçinin müttəfiqləri dəstəkləməyə və öz potensial düşmənlərilə müharibə etməyə hazırdır.

"Lakin bizim rəqabətə davamlı üstünlüyümüz pozulub, buna dair heç bir şübhə yoxdur", - deyə Milli qeyd edib.

Amerikalı hərbçi hesab edir ki, Rusiya və Çin ABŞ və müttəfiqlərini ötmək və bütün dünyada nüfuzlarını təmin etmək üçün öz hərbi imkanlarını gücləndirir.

Xəbər lenti
0