Şahzadə Harri oxudu, amma Meqan üçün yox - VİDEO

© REUTERS / Toby MelvilleBritaniya şahzadəsi Harri və sevgilisi Meqan Markl
Britaniya şahzadəsi Harri və sevgilisi Meqan Markl  - Sputnik Azərbaycan
Abunə olmaq
Şahzadə Harri və xanımı Meqan Markl martın 31-dən etibarən rəsmi olaraq Britaniya taxt-tacını təmsil etməyəcəklər. Onların Bukingem sarayındakı ofisləri isə aprelin 1-dən bağlanacaq

BAKI, 1 mart — Sputnik. Kraliça II Elizabetin nəvəsi Harri və müğənni Con Bon Covi birgə mahnı yazdırıblar.

Sputnik Azərbaycan bildirir ki, "Unbroken" ("Sınmaz") adlanan mahnı Londonda, bir vaxtlar "Beatles" və "Pink Floyd"un vallarını yazdırdıqları "Abbey Road" studiyasında lentə alınıb.

​Şahzadə Harri və Con Bon Covi mahnını Böyük Britaniyanın hərbi veteranlarının xoru ilə birlikdə ifa ediblər. Səsyazmadan sonra onlar söhbət edib, şəkil çəkdiriblər.

"Unbroken" mahnısının növbəti "Yenilməzlər Oyununun" himni olacağı gözlənilir. Bu idman oyunlarında keçmiş və hazırda xidmət keçən əlil hərbçilər yarışırlar. Oyunların mayda Niderlandın Haaqa şəhərində keçiriləcəyi gözlənilir.

Şahzadə Harri və xanımı Meqan Markl martın 31-dən etibarən rəsmi olaraq Britaniya taxt-tacını təmsil etməyəcəklər. Onların Bukingem sarayındakı ofisləri isə aprelin 1-dən bağlanacaq.

Xəbər lenti
0