F-35 qırıcısı, arxiv şəkli

Qırıcıların erası başa çatıb Müharibələr necə aparılacaq?

69
(Yenilənib 23:29 29.02.2020)
Mask havada müharibə sahəsində novator ideyaların olub-olmamasına dair sualı cavablandırarkən qeyd edib ki, "qırıcıların erası artıq bitib".

BAKI, 1 mart — Sputnik. "SpaceX" aerokosmik agentliyinin banisi və "Tesla" şirkətinin icraçı direktoru İlon Mask öz "Twitter" səhifəsində yazıb ki, ABŞ istehsalı olan "F-35" qırıcılarının uzaqdan idarə olunan pilotsuz qırıcılar qarşısında şansı yoxdur.

Sputnik Azərbaycan xəbər verir ki, bununla da ixtiraçı "Aviation Week" jurnalının əməkdaşı Li Hadsonun Maskın "F-35"-lərin alternativinin yaradılması haqqında fikrinə dair postunu şərh edərkən bildirib.

"Rəqib (F-35 - red.) insan tərəfindən uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarə olmalıdır, onun manevrləri avtonom şəkildə tənzimlənməlidir. "F-35"-lərin ona qarşı heç bir şansı yoxdur", - deyə "SpaceX"-in yaradıcısı qeyd edib.

Qeyd edək ki, Mask havada müharibə sahəsində novator ideyaların olub-olmamasına dair sualı cavablandırarkən qeyd edib ki, "qırıcıların erası artıq bitib".

Onun sözlərinə görə, bu sahədə gələcək pilotsuz uçan aparatların əlindədir.

 

69
Əlaqədar
"F-35"lər Rusiya silahından qaçmağa cəhd göstərdi
İlon Mask Britaniya kraliçasını ələ saldı
Onlarda uçmaq təhlükəlidir - "F-35"-lər yararsız çıxır
İlon Maskdan yadplanetli açıqlaması: "Bilmək istəyərdim..."
Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər