Ərdoğan hamını maraqlandıran "Türkiyənin Suriyada nə işi var?" sualını cavablandırdı

© AP Photo / Ghaith AlsayedТурецкий военный конвой в провинции Идлиб, Сирия, фото из архива
Турецкий военный конвой в провинции Идлиб, Сирия, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün Suriyanı faktiki olaraq 3 yerə bölənlərin Türkiyənin bütövlüyünə hörmət edəcəyini gözləmək normal düşüncəyə sığmır"

BAKI, 29 fevral — Sputnik. Qarşımızdakı ssenarinin əsl hədəfi Suriya deyil, Türkiyədir. Suriyada istədiyini əldə edənlər öz nişangahlarını Türkiyəyə doğru çevirəcəklər. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldan seçilən millət vəkilləri ilə görüşü zamanı bildirib.

"Hazırda ekranlar qarşısında bizi izləyən millətimə səslənirəm: "Türkiyənin Suriyada nə işi var?" sualı ilə əslində "Türkiyə terror təşkilatlarına və düşmən bir rejimə təslim olmalı" seçimini bizə tövsiyə edirlər. Bunların etdiyi budur. Bu gün Suriyanı faktiki olaraq 3 yerə bölənlərin Türkiyənin bütövlüyünə hörmət edəcəyini gözləmək normal düşüncəyə sığmır", - deyə Ərdoğan vurğulayıb.

Suriyada həyata keçirilən mübarizənin Türk xalqının gələcəyi ilə bağlı olduğunu hər kəsin görməli və qəbul etməli olduğunu bildirən Ərdoğan daha sonra deyib: "Rejimə də onları dəstəkləyənlərə də qərarlı olduğumuzu göstərəcəyik".

Xatırladaq ki, fevralın 27-si Suriya rejimi tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 36-ya çatıb.

Türkiyənin 36 əsgərinin öldürülməsinə cavab olaraq Suriyada həyata keçirdiyi hərbi əməliyyat zamanı 309 Suriya hərbçisi öldürülüb.

Hulusi Akar Silahlı Qüvvələrin əməliyyatına şəxsən rəhbərlik edib. "Əməliyyat zamanı 200-dən çox hədəfə zərbələr endirilib. Nəticədə 5 helikopter, 23 tank, 10 zirehli avtomobil, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük maşını, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat deposu, 2 silah-sursat anbarı, 1 qərargah binası məhv edilib", - Müdafiə naziri vurğulayıb.

 

Xəbər lenti
0