"Putinə dedim, sizin orada nə işiniz var?" – Ərdoğan əsəbləşdi

© Mustafa Kamaci/Presidential Press Office/Handout via REUTERSTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya xalqı "tamam, bu iş bitdi" demədən bizim oradan çıxmaq kimi niyyətimiz yoxdur - Rəcəb Tayyib Ərdoğan

BAKI, 29 fevral — Sputnik. Biz oraya Suriya xalqının dəvəti ilə getdik. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldan seçilən millət vəkilləri ilə görüşü zamanı bildirib.

"Biz oraya Əsədin dəvəti ilə getmədik, biz oraya Suriya xalqının dəvəti ilə getdik. Suriya xalqı "tamam, bu iş bitdi" demədən bizim oradan çıxmaq kimi niyyətimiz yoxdur", - deyə Ərdoğan vurğulayıb.

O, eyni zamanda türk hərbçilərinə edilən hücumdan sonra Rusiya Prezidenti Vladimir Putinlə gerçəkləşdirdiyi telefon danışığının detallarını da açıqlayıb: "Cənab Putinə də söylədim. "Sizin orada nə işiniz var?" Əgər siz baza yaratmaq istəyirsinizsə, yenə də yaradın. Amma bizim önümüzdən çəkilin".

Xatırladaq ki, fevralın 27-si Suriya rejimi tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 36-ya çatıb.

Türkiyənin 36 əsgərinin öldürülməsinə cavab olaraq Suriyada həyata keçirdiyi hərbi əməliyyat zamanı 309 Suriya hərbçisi öldürülüb.

Hulusi Akar Silahlı Qüvvələrin əməliyyatına şəxsən rəhbərlik edib. "Əməliyyat zamanı 200-dən çox hədəfə zərbələr endirilib. Nəticədə 5 helikopter, 23 tank, 10 zirehli avtomobil, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük maşını, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat deposu, 2 silah-sursat anbarı, 1 qərargah binası məhv edilib", - Müdafiə naziri vurğulayıb.

 

Xəbər lenti
0