Koronavirus: Dəhşətli xəstəlik dünyanı qarış-qarış ağuşuna alır

© Sputnik / Anton Bystrov / Mediabanka keçidСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Virus ilk dəfə olaraq “Qara Afrikada” qeydə alınıb. Belə ki, Nigeriya ölkədə ilk yoluxma faktını təsdiqləyib.

BAKI, 28 fevral — Sputnik. Dünya üzrə yayılmaqda davam edən koronavirus Çində artıq 2 788 nəfərin (sutka ərzində 44 nəfərin) ölümünə səbəb olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxmuşların təxminən yarısı (36 117 nəfər, 46 faizi) artıq sağalıb, xəstəxanalarda isə 39 919 nəfər müalicə almağa davam edir. Ölkədə sutka ərzində yalnız 327 yeni yoluxma faktı qeydə alınıb.

Test tube with Corona virus name label is seen in this illustration - Sputnik Azərbaycan
Nazirdən məsləhət: "Özünüzdə koronavirus əlamətləri tapsanız, həkimə getməyin"

Bu arada, Cənubi Koreyada yoluxmaların sayı sürətlə artmağa davam edir (sutkada 256 nəfər) və xəstələrin sayı 2 mini keçib. Seul artıq yüksək epidemioloji təhlükə səviyyəsini elan edib.

Koronavirus İtaliyada da sürətlə yayılır. Belə ki, xəstəliyə yoluxmuşların sayı dünən axşama doğru 100 nəfər artaraq 650 nəfərə çatıb. Xəstəlik İtaliyada artıq 17 nəfərin ölümünə səbəb olub. Fransada isə xəstələrin sayı iki dəfə – 18-dən 38-ə artıb. İspaniyada xəstələrin sayı 14-dan 23-ə yüksəlib. Virus artıq Avropa İttifaqı ölkələrinin yarısını əhatə edir.

Virus ilk dəfə olaraq “Qara Afrikada” da (Afrikanın əsasən qaradərililər yaşayan hissəsində) qeydə alınıb. Belə ki, Nigeriya ölkədə ilk yoluxma faktını təsdiqləyib. Bir müddət öncə virus Misir və Əlcəzairdə də tapılıb.

Bu arada Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Çinə səfərindən sonra karantinə yerləşdirilib. Dövlət başçısı, onu Çində müşayiət edən nümayəndə heyətinin bütün üzvləri ilə birlikdə 14 gün həkim nəzarətində olacaq. Monqolustan prezidenti fevralın 27-nə keçən gecə Çindən qayıdıb. "Anadolu" agentliyi məlumat verib ki, Battulqa səfəri zamanı Çin Prezidenti Si Cinpin ilə görüşüb, həmçinin koronavirusa qarşı mübarizəyə dəstək olmaq üçün 30 min qoyunu Çinə hədiyyə olaraq təqdim edib.

Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirus daha bir sahəni təhdid edir - İlk növbədə qiymətlərlə

Amerika qitəsində isə koronavirusa yoluxma faktları hələlik yalnız ABŞ, Kanada və Braziliyada qeydə alınıb. Bu arada Amerika birjalarında rekord azalma müşahidə olunur. İndeks göstəriciləri artıq altıncı gündür ki, ardıcıl olaraq aşağı düşür. "Dow Jones" indeksi 2008-ci il böhranından etibarən ən pis göstəriciləri nümayiş etdirib.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Xəbər lenti
0