NASA astronavtı, arxiv şəkli

Ən parlaq ulduz alimləri təşvişə salıb

34
(Yenilənib 10:08 28.02.2020)
Partlayışdan bir həftə əvvəl alimlər ondan xəbər tutacaqlar, çünki ulduz xeyli neytrino səpələyəcək. Onları ABŞ və Yaponiyada yerləşən neytrino detektorları qeydə alacaq

BAKI, 28 fevral — Sputnik. Alimlər son zamanlar parlaqlığı rekord həddə azalmış Betelgeyze ulduzunun yaxın günlərdə partlayıb-partlamayacağından əmin deyillər, amma deyirlər ki, partlayışı bir həftə əvvəldən xəbər verə biləcəklər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, alimlər bunu xeyli miqdarda neytrinonun ayrılması ilə təyin edəcəklər.

Bu barədə Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun elmi işçisi Nikolay Samus və Şternberq adına Dövlət Astronomiya İnstitutunun baş elmi işçisi Vladimir Surdin məlumat veriblər.

​Betelgeyze - Orion bürcündə ulduzdur. Bu qırmızı nəhəngin parlaqlığı bizim Günəşin parlaqlığından 80-105 min dəfə çoxdur. O, astronomlara məlum olan ən nəhəng ulduzlardan biridir. Əgər onu Günəşin yerində qoya bilsək, ulduzun kənarı Mars, ya da Yupiterin orbitinə toxunardı. Betelgeyzenin kütləsi isə Günəşdən cəmi 17 dəfə çoxdur. Son zamanlar onun parlaqlığı həddən artıq azalıb. Müxtəlif qiymətləndirmələrə görə, Yerdən Betelgeyzeyə məsafə təxminən  613-880 işıq ili təşkil edir.

"Mən dəyişkən ulduzlar kataloqunun redaktoruyam. Betelgeyze belə ulduzlardan biridir. Onun qeydə alınmış ulduz ölçüsü +1.3-dür. Amma o, bu rekordu vurub keçib. O, 1.6-1.7-yə düşüb. Ulduz çox dərinə "düşüb", bu, ləng olub, amma indi böyük əminliklə "geri qayıdır". İndi 1.2 addım geri gəlib. Parlaqlıq əyrisi çox inandırıcıdır. Amma Betelgeyzenin bu bənzərsiz minimumu hansısa partlayış aktivliyi ilə bağlı olacaq, ya yox - bunu heç bir insan bilmir, heç kim də deyə bilməz, nə mən, nə də "Vikipediya"", - Samus deyib.

​Surdin isə bildirib ki, ulduz partlayarsa, ətrafa, o cümlədən Yer tərəfə külli miqdarda müxtəlif zərrəciklər və şüalar yayılacaq: "Burada, Yerin səthində bu, təhlükəsiz olacaq, amma kosmonavtlar və peyklər üçün çox təhlükəli anlar yarana bilər".

Partlayışdan bir həftə əvvəl alimlər ondan xəbər tutacaqlar, çünki ulduz xeyli neytrino səpələyəcək. Onları ABŞ və Yaponiyada yerləşən neytrino detektorları qeydə alacaq. "Detektorların şkalası yerindən oynayacaq", - Surdin deyib.

"Yəni biz bir həftə öncədən xəbərdarlıq edəcəyik. Amma bu yaxın 10 min il ərzində ola bilər", - alim deyib.

34
Əlaqədar
Məhvə məhkum rekordçu planet tapıldı
Dünyanın düz olduğunu sübut etməyə çalışan kişi əldəqayırma raketdə həlak oldu - VİDEO
“Ehtiyat planet” axtarışında – Yer kürəsinin bənzəri axtarılır
Kosmosda vahimə doğuran qara dəlik tapıldı
Qara dəlik ulduzu necə parçalayır - VİDEO

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

3
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

3
Bankada dollarlar, arxiv şəkli

"Dollar çökəcək" - amerikalı iqtisadçı

7
(Yenilənib 22:51 26.01.2021)
Amerikalı iqtisadçı Stiven Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq və ilin sonunadək 35% düşəcək

BAKI, 26 yanvar - Sputnik. Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonunadək dolların 35% düşəcəyi barədə proqnozunu yenidən xatırladıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Bloomberg üçün yazdığı məqalədə məlumat verib. 

"Ötən ilin martında ABŞ-da COVID-19 pandemiyası "partlayış edəndən" bəri dollar çökməkdədir. O, ABŞ-ın əsas ticarət partnyorları ilə müqayisədə təxminən 10-12% düşüb", - iqtisadçı vurğulayıb. 

Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq. Onun fikrincə, ABŞ-ın cari büdcə ödəmələrindəki defisitin kəskin artımı, avro kotirovkalarının riskləri və Amerikanın Federal Ehtiyatlar Sistemi bu çöküşə səbəb olacaq. 

Bundan başqa, pandemiyanın davam etməsi, resessiyaya çox yaxın olan iqtisadiyyatın durumu da, iqtisadçının sözlərinə görə, dollara neqativ təsir göstərir. Hazırkı vəziyyətdə daha bir iqtisadi yardım paketinin ağır nəticələri ola bilər, çünki "ABŞ-ın ehtiyatları buna bəs etməyəcək".

Bloomberg bundan öncəki məqalələrinin birində ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş başçısı Canet Yellenin ölkənin maliyyə naziri olduqdan sonra dolların axırına çıxacağı barədə proqnoz vermişdi.

7
Teqlər:
proqnoz, iqtisadçı, ABŞ, çökmə, dollar