Hər kəs qapıları bağlayır, Türkiyə açır

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidСтамбул, фото из архива
Стамбул, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan öncə Aksoy bildirmişdi ki, martın 2-dən Avstriya, Belçika, Niderland, İspaniya, Polşa və Böyük Britaniya vətəndaşları Türkiyəyə vizasız gələ bilərlər

BAKI, 27 fevral — Sputnik. Türkiyə martın 2-dən etibarən daha beş Avropa ölkəsi üçün vizasız rejim tətbiq edəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun dediyinə görə, bunlar Xorvatiya, İrlandiya, Malta, Portuqaliya və Norveçdir.

Bundan öncə Aksoy bildirmişdi ki, martın 2-dən Avstriya, Belçika, Niderland, İspaniya, Polşa və Böyük Britaniya vətəndaşları Türkiyəyə vizasız gələ bilərlər.

"Aİ və Şengen ölkələrinə münasibətdə vahid viza rejiminə riayət etmək üçün Türkiyə martın 2-dən etibarən Xorvatiya, İrlandiya, Malta, Portuqaliya və Norveç vətəndaşları üçün 180 günlük dövr ərzində 3 aylıq turist səyahətləri üçün vizasız rejim tətbiq etməyi qərara aldı", - Aksoy bildirib.

Onun sözlərinə görə, bu addım həm turizmin, həm də adıçəkilən ölkələrlə ikitərəfli əməkdaşlığın inkişafı üçün atılıb.

Xəbər lenti
0