Koronavirus testi

Koronavirusa yoluxmuş uşağa görə məktəbi iki həftəlik bağladılar

78
(Yenilənib 22:44 27.02.2020)
Bazar ertəsi uşaq dərsə getməyib. Çərşənbə axşamı isə məktəblə birlikdə ekskursiyaya yollanıb. Mütəxəssisin fikrincə, bu, yüksək riskli kontakt deyil

BAKI, 27 fevral — Sputnik. Yunanıstanın Saloniki şəhərində şagirdi yeni tip koronavirusa yoluxmuş məktəb 2 həftəlik bağlanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə Səhiyyə Nazirliyinin nümayəndəsi Sotiris Tsiodras deyib.

Cümə axşamı Yunanıstanda iki yeni yoluxma faktını təsdiq ediblər, bunlardan biri Salonikidə, o biri Afinadadır. Salonikidə yoluxan uşaq Yunanıstanda koronavirus tutmuş ilk şəxsin, 38 yaşlı qadının oğludur. Qadın İtaliyanın şimalında səfərdə olubmuş.

"İkinci yoluxmaya görə yalnız və yalnız profilaktika məqsədilə Salonikidəki 105 saylı məktəb 14 günlüyə bağlanır", - Tsiodras bildirib.

Bildirilir ki, bazar ertəsi uşaq dərsə getməyib. Çərşənbə axşamı isə məktəblə birlikdə ekskursiyaya yollanıb. Mütəxəssisin fikrincə, bu, yüksək riskli kontakt deyil.

"Buna baxmayaraq, biz profilaktik tədbirlər görürük. Bunu edirik ki, 100% əmin olaq", - o deyib.

Tsiodras hər kəsi sakit olmağa səsləyib.

78
Əlaqədar
Bu nömrələri yazın: Koronavirusla bağlı sualı olanlara cavab veriləcək
İranda koronavirusdan ölənlərin sayı artır – Cümə namazı isə...
Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi
Koronavirus: Kontedən italiyalılara maraqlı çağırış
Azərbaycanda koronavirusa görə yaradılan qərargahdan ilk qərar
Minneapolisdə etirazlar

Rusiya ABŞ-a nota verdi

22
(Yenilənib 00:38 01.06.2020)
“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – səfir Anatoli Antonov

BAKI, 31 may - Sputnik. Rusiya Federasiyasının səfirliyi ABŞ Dövlət Departamentinə RİA Novosti-nin müxbirinin başına gələn hadisəyə görə nota verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

RİA Novosti-nin müxbiri Mixail Turgiyev Minneapolisdəki etiraz aksiyalarını  işıqlandırarkən polisin hücumuna məruz qalıb – o, jurnalist vəsiqəsini göstərib mətbuat nümayəndəsi olduğunu desə də onun üzünə gözyaşardıcı qaz sıxıblar. Turgiyevin yanında olan Amerikanın VICE telekanalının bir qrup jurnalisti də analoji təzyiqlə üzləşib.

“Mixail Turgiyev və yanılndakı amerikalı jurnalistlər yerli polislər tərəfindən yolverilməz münasibətə məruz qalıblar. Hadisə yerində çəkilmiş kadrlardan aydın olur ki, mətbuat işçiləri hündürdən və aydın şəkildə özlərinin jurnalist olduqlarını deyirlər, geyimləri üzərində lazımi nişanlar var, onlar sənədlərini təqdim edib və heç bir müqavimət göstərməyiblər”, - Antonovun sözləri səfirliyin Facebook səhifəsində yayımlanıb.

“Bu hiddətləndirici fakta görə Dövlət Departamentinə etiraz notası göndərilib. Biz geniş araşdırma aparılmasını və onun nəticələri barədə məlumatlandırılmağımızı tələb etmişik”, - Antonov deyib.

“ABŞ-da KİV işçilərinin hüquqlarının pozulmasının momitorinqini aparan hüquq müdafiə təşkilatlarının bu insidenti nəzərə almasına nail olacağıq”, - səfir dəqiqləşdirib.

O həmçinin qeyd edib ki, “Amerika mətbuatı tərəfindən hər-hansı ictimai təəssüf və ya təsəlli cəhdi sezməyib”.

“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – deyə Antonov sual edib.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

22
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı
Opera müğənnisi Yusif Eyvazov, arxiv şəkli

Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür

21
Vokalçı Yusif Eyvazov artıq çəkidən qurtulmaq istəyən pərəstişkarlarına stressiz və mənşəyi məlum olmayan dərmanlarsız arıqlamağın yollarını öyrətmək niyyətindədir

BAKI, 31 may - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Yusif Eyvazov pərəstişkarlarına onun xarici görkəmini tamamilə dəyişən qəfil arıqlamağının sirrini açacağına söz verib.

Sputnik Azərbaycan bildirir ki, o, Instagram-dakı səhifəsində artıq çəkidən qurtulmaq istəyən hər bir kəsə kömək etməyə hazır olduğunu deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

“Dostlar, siz öz həyatınızı, öz bədəninizi dəyişə bilərsiniz. Necə bilirsiniz, mən sizə öz idman zalımdan onlayn məşqlər keçsəm, sağlam qida haqda, orqanizm üçün stres yaşatmadan, tədricən, sağlam yolla, kimya və dərmansız kilolardan qurtulmaq barədə danışsam, necə olar?” – deyə Y.Eyvazov izləyicilərinə müraciət edib.

Xatırladaq ki, azərbaycanlı vokalçı 2019-cu ildən arıqlamağa başlayıb. O, 30 kq artıq çəkidən qurtulub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

21
Əlaqədar
Koronavirus maneə deyil, yenə isti olacaq - "Jara" baş tutacaq
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Hüseyn Həsənov yeni avtomobilinə külli miqdarda pul xərcləyib