Çin Pakistana yüz minlik "ordu" göndərməyə hazırlaşır - VİDEO

© AFP 2023 / NIKOLAY DOYCHINOVГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin ördəklərdən ibarət ordusu regional ərzaq təhlükəsizliyini təhdid edən, bitkilərlə qidalanan zərərvericilərlə mübarizə aparmaq məqsədilə qonşu Pakistana getmək üçün hazır vəziyyətə gətirilib

BAKI, 27 fevral — Sputnik. Çinin ördəklərdən ibarət ordusu regional ərzaq təhlükəsizliyini təhdid edən, bitkilərlə qidalanan zərərvericilərlə mübarizə aparmaq məqsədilə qonşu Pakistana göndərilməsini gözləyir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bloomberg yazıb.

Zhejiang Kənd Təsərrüfatı Elmləri Akademiyasının böyük elmi işçisi Lu Lijinin sözlərinə görə, bu ilin ikinci yarısında çəyirtkənin yayılması ilə mübarizə üçün Pakistana ən az 100.000 ördəyin göndəriləcəyi gözlənilir. O deyib ki, ördəklər "bioloji silahlar"dır və pestisidlərdən daha təsirli ola bilərlər.

"Bir ördək gündə 200-dən çox çəyirtkəni yeyə bilir", - deyən Lu ördəklərin axtarış və yırtıcılıq qabiliyyətlərini sınamaq üçün apardığı tədqiqatın nəticələrinə istinadən belə deyib.

Lu bildirib ki, bu ilin sonlarında Çinin qərb bölgəsi olan Sincanda ördəklərin Pakistana göndərilməsindən əvvəl sınaqlar başlayacaq.

​Səhra çəyirtkələrinin sürüləri Şərqi Afrikadan Cənubi Asiyaya qədər bütün ölkələrə yayılaraq məhsuldarlığı aradan qaldırır və otlaqları sürətlə məhv edir. Bu zərərvericilər qeyri-müntəzəm yağışlar və aşağı keyfiyyətli toxumlarla birlikdə Pakistanın ən böyük istehsal bölgələrinə, kövrək iqtisadiyyatına malik ölkənin əsas məhsullarına zərər vurub. Çəyirtkələr Hindistana da köç edib.

Pakistan və Hindistanla quru sərhədi olan Çin üçün işğalın qarşısını almaq çox vacibdir. Baxmayaraq ki, Çin Himalay dağları və Tibet yaylasından ibarət sipərə sahibdir.

Çinin kənd təsərrüfatı mütəxəssislərindən ibarət qrup çəyirtkə sürüsünün yayılmasının qarşısını almağa kömək etmək məqsədilə bu həftə Pakistana səfər edib.

Digər qeyri-adi taktika olaraq, Pakistan hökuməti vətəndaşlarını çəyirtkələri yeməyə çağırıb. Yerli qəzetlərdən birinin xəbərinə görə, insanlara vəziyyətdən çıxış yolu kimi çəyirtkələrdən barbekyu etmək, yaxud da karri hazırlamaq tövsiyə edilib.

Çəyirtkə hücumunun nəticələrinin nə qədər ciddi olduğunu ölçmək üçün Afrikaya baxmaq kifayətdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, qitənin şərqindəki səhra çəyirtkələrinə qarşı mübarizənin məsrəfi iki qat artaraq 128 milyon dollara çatıb. Afrika buynuzunda (Somali) durum son dərəcə narahatlıq doğurur. Fars körfəzinin hər iki sahilinə çatan çəyirtkələr Ərəbistan yarımadası üzərində əhəmiyyətli qarmaqarışıqlıq yaradıblar.

Xəbər lenti
0