Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın görüşü, arxiv şəkli

Türkiyə Rusiya arasında növbəti anlaşılmazlıq - baş verir?

1037
(Yenilənib 16:09 27.02.2020)
Fevralın 23-ü Peskov Ərdoğanın Suriya üzrə sammit barədə ideyasını şərh edərkən qeyd etmişdi ki, Vladimir Putin belə bir formatda maraqlıdır.

BAKI, 27 fevral — Sputnik. Kremlin rəsmi təmsilçisi Dmitri Peskov Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın martın 5-i İstanbulda görüşünə dair məlumatları təkzib edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Peskov qeyd edib ki, Rusiya liderinin qrafikində belə bir görüş yoxdur.

Onun sözlərinə görə, tərəflər Suriyanın İdlib regionunda vəziyyəti ekspert və işçi səviyyədə müzakirə edir.

Xatırladaq ki, fevralın 23-ü Peskov Ərdoğanın Suriya üzrə sammit barədə ideyasını şərh edərkən qeyd etmişdi ki, Vladimir Putin belə bir formatda maraqlıdır. Türkiyə prezidenti Rusiya, Fransa və Almaniya liderləri ilə martın 5-i görüşməyi təklif etmişdi.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə bildirib ki, martın 5-i Rusiya Prezidenti Vladimir Putinin İstanbula səfəri planlaşdırılıb.

Xatırladaq ki, Suriyanın İdlib vilayətində vəziyyət gərgin olaraq qalmaqdadır. Belə ki, ölkə prezidenti Bəşər Əsədə sadiq qüvvələrlə müxalif birləşmələr arasında yaşayış məntəqələri uğurunda döyüşlər gedir.

1037
Qərənfil

Lev Tolstoyun qızı erməni vandalizmi haqqında

1
Material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstoyanın xatirələrini əks etdirir

BAKI, 28 oktyabr — Sputnik. Türkiyənin "Alternatiftarih" portalı, Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Saadaonline" portalı, Misirin populyar "Əl-Vəsilə", "Nile Nyus", "Əl-Braq Nyus", "Dmc Nyus", İraqın "İraq Nyus" xəbər portalları Dövlət Tərcümə Mərkəzinin beynəlxalq virtual aləmdə yayılması məqsədilə müxtəlif dillərdə hazırladığı "Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli materialın yayımına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstayanın xatirələrini əks etdirir.

1
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən sərt bəyanat: "Ermənistan rəhbərliyi ağıl vicdanını itirib!"

20
(Yenilənib 18:16 28.10.2020)
"Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb" - Türkiyə XİN

BAKI, 28 oktyabr - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan Türkiyə XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə dünənki hücumundan sonra Ermənistan ordusunun bu gün yenidən mülki əhalini raket atəşə tutması pislənilib:

"Bugünkü hücum nəticəsində 21 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun. Ermənistanın uşaq, yaşlı, qoca demədən mülki əhaliyə qarşı bu alçaq hücumlarını insanlıqdan kənar hesab edir və ən ağır şəkildə qınayırıq."

Bəyanatda o da bildirilib ki, Ermənistanın mülki insanları terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı soyqırımının davamıdır və onların xəstə düşüncəsinin təzahürüdür:

"İşğal olunmuş ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir. Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb".

Bəyanatda daha sonra qeyd olunub ki, beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çatıb.

20
Əlaqədar
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Bərdəyə raket atılması nəticəsində ölən və yaralananların sayı artdı
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO