Koronavirus: Kontedən italiyalılara maraqlı çağırış

© REUTERS / CHRISTIAN HARTMANNДжузеппе Конте, фото из архива
Джузеппе Конте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin bəyan edib ki, hökumət iqtisadiyyatın epidemiyadan ən çox zərər çəkmiş sektorlarına, məsələn turizmə yardım göstərilməsi üçün struktur tədbirlər paketini təsdiqləyəcək.

BAKI, 27 fevral — Sputnik. İtaliyanın Baş Naziri Cüzeppe Konte koronavirusla mübarizədə milli birliyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, Konte "Corriere della Sera" qəzetində nəşr olunmuş müsahibəsində xəstəliklə bağlı danışıb.

İtaliyada karabinerlər, arxiv şəkli - Sputnik Azərbaycan
İtaliya koronavirusla mübarizədə Çin üsulunu seçdi

"İndi qalmaqallar üçün vaxt deyil və qorxunu artırmaqla populyarlıq axtaranlar milli maraqlara xidmət etmirlər", – Baş Nazir bildirib.

Konte deyib ki, hökumət ölümcül virusun qarşısını almaq üçün artıq qətiyyətli addımlar atıb. O, həmçinin bəyan edib ki, hökumət iqtisadiyyatın epidemiyadan ən çox zərər çəkmiş sektorlarına, məsələn, turizmə yardım göstərilməsi üçün struktur tədbirlər paketini təsdiqləyəcək.

İtaliyada 400 nəfər koronavirusa yoluxub. Xəstəlik ölkədə 12 nəfərin ölümünə səbəb olub.

Çində yeni koronavirusa yoluxanların sayı 78 min 432-yə satıb. Məlumatlara görə, koronavirusa yoluxanlardan 2744 nəfər ölüb, 32 495 nəfər isə sağalıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Xəbər lenti
0