Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi

© AFP 2023 / FETHI BELAIDМусульманские паломники в Каабе, фото из архива
Мусульманские паломники в Каабе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə, yeni növ koronavirusun artıq qeydə alındığı və daha da yayılması riski olan ölkələrin vətəndaşları üçün turist vizalarının verilməsi də müvəqqəti olaraq qadağandır.

BAKI, 27 fevral — Sputnik. Səudiyyə Ərəbistanı Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək istəyən zəvvarların ölkəyə girişinə müvəqqəti qadağa qoyub. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik müvəqqəti qadağanın yeni koronavirusla bağlı olduğunu bildirir.

Bundan əlavə, yeni növ koronavirusun artıq qeydə alındığı və daha da yayılması riski olan ölkələrin vətəndaşları üçün turist vizalarının verilməsi də müvəqqəti olaraq qadağandır.

Xəbər lenti
0