Dəri xəstəliyi olan model jurnalın üz qabığı üçün poza verdi

© REUTERS / DANNY MOLOSHOKВинни Харлоу
Винни Харлоу - Sputnik Azərbaycan
Abunə olmaq
25 yaşlı Harlou dizayner Tarun Taxilianinin hazırladığı hind milli geyimi ilə kamera qarşısına keçib, onun obrazı çiçəkli bando-büsthalter və eyni naxışlı uzun ətəkdən ibarətdir

BAKI, 24 fevral — Sputnik. Vitiliqo xəstəliyidən əziyyət çəkən supermodel Vinni Harlounun fotosu Vogue İndia jurnalının mart buraxılışın üz qabığını bəzəyəcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, foto artıq məşhur modelin “Instagram” səhifəsində yayımlanıb.

A post shared by ♔Jamaican Canadian♔ (@winnieharlow) on

Fotoda 25 yaşlı Harlou yerli dizayner Tarun Taxilianinin hazırladığı hind milli geyimi ilə kamera qarşısına keçdiyi əks olunub. Onun obrazı çiçəkli bando-büsthalter və eyni naxışlı uzun ətəkdən ibarətdir.

Fotonun müəllifi amerikalı fotorəssam Billi Kiddir. Modelin xarici görkəmi üzərində stilist Priyanka Kapadiya Badani, vizajist Maniaşa və Böyük Britaniyadan saç ustası Cordan Brumant olub.

Vinni Harlounun dəbli jurnalların üz qabığına düşməsi ilk hal deyil. Belə ki, o yanvar ayında Vogue Greece jurnalı üçün çəkilmişdi.

Xəbər lenti
0