Makron, Merkel, Putin, Ərdoğan, arxiv şəkli

Avropa liderləri Suriyada yeni müharibənin qarşısını almaq üçün hərəkətə keçdilər

17
(Yenilənib 11:17 21.02.2020)
Onun sözlərinə görə, Merkel və Makron bəyan ediblər ki, İdlib vilayətində insanların humanitar durumu onları narahat edir.

BAKI, 21 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Fransa lideri Emmanuel Makronla telefon danışığı həyata keçirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Almaniya və Fransa liderləri Suriyanın İdlib regionunda gərginliyi azaltmaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə birgə görüş təşkil etməyə hazır olduqlarını da bildirib.

Məlumatı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffan Zaybert də təsdiqləyib.

Onun sözlərinə görə, Merkel və Makron bəyan ediblər ki, İdlib vilayətində insanların humanitar durumu onları narahat edir.

Almaniya kansleri və Fransa Prezidenti dərhal hərbi əməliyyatları dayandırmağa və ehtiyacı olanlara humanitar yardımın maneəsiz çatdırılmasının təmin edilməsinə çağırıblar.

17
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

13
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

13
ABŞ-da etirazlar

Amerika seçim qarşısında: irqçilik ya anarxiya

11
(Yenilənib 23:56 03.06.2020)
Corc Floydun həlak olması üzündən etirazlar ştatların əksəriyyətini bürüyüb, lakin qırğınlar, zorakılıqlar və qarətlər əsasən demokratların dominant olduğu ştatlarda baş verir. Bu, Trampın qələbəyə kiçik də olsun şansının olmadığı regionlardır.

BAKI, 3 iyun — Sputnik, İrina Alksnis. Heç bir şübhə yox idi ki, Corc Floydun ölməsi və iğtişaşlara çevrilən etirazlar ABŞ-da seçkiqabağı kampaniyada fəal şəkildə istifadə olunacaq.

Güman edilirdi ki, əsas zərbə Trampa vurulacaq və məhz o növbəti dəfə afroamerikalını öldürmüş ağdərili polislərin irqçiliyinə və qəddarlığına görə əleyhdarları tərəfindən təqsirkar bilinəcək. Amma hadisələr inkişaf etdikcə aydın olur ki, reallıq yenidən demokratlara sürpriz edə bilər.

Amerika lider əməlli — çox gözəl təşkil edilmiş — tamaşa qurdu. O, sərt nitqlə çıxış edərək a) iğtişaşların iştirakçılarını "üsyançı" adlandırdı, b) bir sıra ştatların hökumətlərini dinc vətəndaşları cinayətkarlardan müdafiə edə bilməməkdə ittiham etdi və c) "dağıntılara və yanğınlara son qoymaq" üçün ordu da daxil olmaqla, bütün federal resursları səfərbər etməyi vəd etdi.

Daha sonra Donald Tramp iqamətgahından çıxıb və bir gün əvvəl radikalların yandırdığı Müqəddəs Con kilsəsi istiqamətində meydan boyunca hərəkət etdi. Orada o, İncili yuxarı qaldıraraq bəyan etdi ki, "ABŞ dünyanın ən böyük ölkəsidir". O, həmçinin dövlətin təhlükəsizliyini təmin edəcəyinə də söz verdi.

Prezidentin "perfomans"ına reaksiya ildırımsürətli olub. Konqresdə demokratların liderləri birgə bəyanat verərək Trampın hərəkətlərini "qorxaq, səmərəsiz və təhlükəli" xarakterizə ediblər. Demokratlar partiyasını təmsil edən bir neçə ştatın rəhbəri, o cümlədən Nyu York və Oreqonun qubernatorları da eyni dərəcədə kəskin çıxış ediblər. Vaşinqtonun meri Muriel Bauzer isə Lafayet meydanında "silahsız etirazçıların" dağıdılmasını biabırçılıq adlandırıb və federal (yerli yox!) polisin komendant saatından 25 dəqiqə əvvəl Ağ Evin qarşısında etirazçıları dağıtmağa başladığını vurğulayıb. Bundan sonra mer duyğulu şəkildə əlavə edib: "Vaşinqton sakinləri, evə gedin. Təhlükəsizlikdə olun".

Bir tərəfdən aydındır ki, yerli və regional hakimiyyət orqanları tərəfindən görülən tədbirlər əksər hallarda bu biabırçılığın dayandırılması üçün kifayət etmir. Kütləvi informasiya vasitələrində polisin məhəllələrin darmadağın edilməsini və mağazaların talan olunmasını sadəcə seyr etdiyinə dair sübutlar doludur. Digər tərəfdən, prezident getdikcə daha da çox təhdidlər edir və vədlər verir, amma mahiyyətcə hələlik vəziyyətin sabitləşməsi üçün heç nə etmir.

Problemin kökü həm Amerikanın dövlət sisteminin xüsusiyyətində, həm də ölkədəki hazırkı siyasi qarşıdurmanın sərtliyindədir.

ABŞ-da federal mərkəzlə ştatlar arasında səlahiyyətlərin bölünməsi sistemi kifayət qədər mürəkkəbdir, lakin ümumilikdə, regional hakimiyyətlər öz ərazilərində baş verənlərə görə tam məsuliyyət daşıyır. Bu, hüquq-mühafizə sahəsinə də aiddir və bunun sayəsində Birləşmiş Ştatlarda güc qurumlarının strukturu yetərincə dolaşıqdır.

Üstəlik nəzərə almaq lazımdır ki, Amerika üçün iğtişaşlarda, ilk növbədə məhz irqi zəmində baş verən iğtişaşlarda xüsusi heç bir şey yoxdur. Onlar müntəzəm baş verirlər. 1992-ci ildə Los Ancelesdə baş vermiş üsyan ən məşhurudur. 2014-cü ilin Ferqüson iğtişaşlarını da çoxları yaxşı xatırlayır.

Federal hökumət yalnız ştat hakimiyyətlərinin xahişi ilə müdaxilə edir. Prezident özü də güc tətbiq etmək səlahiyyətinə malikdir, lakin bu halda bütün məsuliyyət məhz onun üzərinə düşür.

Burada isə ən maraqlısı odur ki, Corc Floydun həlak olması üzündən etirazlar ştatların əksəriyyətini (45-50 arası) bürüyüb, lakin qırğınlar, zorakılıqlar və qarətlər əsasən demokratların dominant olduğu ştatlarda baş verir. Bu, Trampın qələbəyə kiçik də olsun şansının olmadığı regionlardır.

Ən parlaq nümunə Nyu-Yorkdur. Çoxmillətli, tolerant və liberal şəhər iğtişaşlara davam edir, şəhər və ştat rəhbərliyi isə aydın olmayan bəyanatlar verir. Nyu-York ştatının qubernatoru Endryu Kuomo bildirib ki, cinayətlər, əlbəttə, yolverilməzdir, amma qarətçilər "nümayişçilərlə qarışıb". Görünür, onun fikrincə, bu, heç nə etməmək üçün kifayət qədər əsasdır.

Demokrat qubernatorların sərt tədbirlər görməyə hazır olmaması asanlıqla başa düşüləndir: onlar elektorata arxalanır, elektoratın əhəmiyyətli bir hissəsi isə hətta talançılara qarşı güc tətbiq edilməsini çox mənfi qəbul edir. Bundan başqa, Demokratlar partiyası Trampla mübarizəsində "ayrıseçkiliyə məruz qalan azlıqlar"a mənsub cinayətkarlara qarşı dözümlü yanaşmanın liberal tendensiyasını öz əlləri ilə gücləndirib.

Amerikada vətəndaş-siyasi qarşıdurmasının tərəflərindən hər biri öz sözünü deyib. Demokratlar ümid edirlər ki, iğtişaşlar özü-özlüyündə tədricən tükənəcək və ağdərili mühafizəkarların irqçiliyi ilə mübarizə gündəminə maksimum diqqət yetirmək mümkün olacaq.

Prezident isə açıq şəkildə hesab edir ki, respublikaçı qubernatorlar iğtişaşların yayılmasına imkan vermədən, daha tez bir zamanda qayda-qanun yaradacaqlar. Zərər çəkmiş şəhərlərin kadrları və demokrat siyasətçilərin vəziyyətin öhdəsindən gələ bilməməsi respublikaçı ştatlarının konsolidasiyasını gücləndirməklə yanaşı, həm də digər regionları Trampa tərəf çəkəcək.

Amma maraqlıdır ki, heç kim iki problemi həll etməyin vacibliyi məsələsini qaldırmağa çalışmır: nə hüquq mühafizə sisteminin zorakılığı tətbiq etməyə meyli kimi təzahür edən sistemli irqçiliyi, nə də iğtişaşların qarşısını qətiyyətlə almaq lazım olduğunu (nə qədər nəcib şüarlarla ört-basdır edilsələr də).

Görünür, bu, bir çox onilliklər əvvəlki kimi, Amerika üçün çox çətin məsələ olaraq qalır.

11