Elazığda yenidən güclü zəlzələ oldu

© © Sputnik / Sertac KayarПоследствия землетрясения в Элязыг
Последствия землетрясения в Элязыг - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli vaxtla saat 14:42-də baş verən zəlzələnin episentri 4,1 km dərinlikdə olub. Dağıntı və tələfatla bağlı məlumat verilmir

BAKI, 17 fevral — Sputnik. Bu gün Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan "Haberler"e istinadla xəbər verir ki, zəlzələ Gaziantep, Malatya və Tuncelidə də hiss edilib. Yerli vaxtla saat 14:42-də baş verən zəlzələnin episentri 4,1 km dərinlikdə olub.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Xəbər lenti
0