Azərbaycan əsilli məşhur rusiyalı bloger Hüseyn Həsənov

Azərbaycanlı məşhuru Kiyevə buraxmadılar - maraqlı səbəb

45
(Yenilənib 19:45 17.02.2020)
Ukrayna KİV-lərinin yaydığı məlumata görə, blogeri səfərinin məqsədini bildirmədiyi üçün ölkəyə buraxmayıblar. Hüseyn Həsənov özü isə başqa səbəb göstərib.

BAKI, 17 fevral — Sputnik. Azərbaycan əsilli məşhur rusiyalı bloger Hüseyn Həsənovu izləyicilərinin sayının çox olması səbəbindən Kiyevə buraxmayıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Həsənov özünün "Instagram" səhifəsində yazıb. Həsənov altı saat Kiyev aeroportunda vaxt keçirəndən sonra geri qayıtmaq məcburiyyətində qalıb.

"Kiyev, mən söz vermişdim və gəlmişdim. Təəssüf ki, qayıtmaq lazım gəldi. Bilirsiniz, onlar səbəbi nə ilə izah etdilər? Həddindən artıq izləyicim var. Onlar sirr üçün dedilər ki, əgər 800 min izləyicim olsaydı, onda məni Kiyevə buraxardılar", - deyə Həsənov bildirib.

Ukrayna mediası isə blogerin səfərinin məqsədini göstərmədiyi üçün sərhədçilər tərəfindən rədd cavabı aldığını yazıb.

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub, böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir. Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 13 milyon izləyicisi var.

45