Tualet kağızı

Cinayətkar dəstə 600 rulon tualet kağızı oğurlayıb

55
(Yenilənib 19:51 17.02.2020)
Daha əvvəl KİV məlumat yayıb ki, koronavirus ətrafında yaranan vəziyyətlə bağlı honkonqlular kütləvi şəkildə ət, düyü, əriştə, tualet kağızı, sabun və bu növ digər məhsulları almağa başlayıblar

BAKI, 17 fevral — Sputnik. Honkonqda silahlı dəstə 600 rulon tualet kağızı oğurlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, maskada olan üç şəxs səhər saatlarında Honkonq mağazalarından birinin qarşısında tədarükçüdən 50 qutu tualet kağızını oğurlayıb.

Polis bildirib ki, cinayətkarların birinin əlində bıçaq olub. Zərərin dəyəri təxminən 130 ABŞ dolları olub.

Qeyd edək ki, daha əvvəl KİV məlumat yayıb ki, koronavirus ətrafında yaranan vəziyyətlə bağlı honkonqlular kütləvi şəkildə ət, düyü, əriştə, tualet kağızı, sabun və bu növ digər məhsulları almağa başlayıblar.

Xatırladaq ki, Çində koronavirusun yeni ştammına yoluxanların sayı 70 548 nəfərə çatıb.

Məlumata görə, koronavirusa yoluxanlardan 1770 nəfər ölüb, 10844 xəstə isə sağalıb.

Xəstələrdən 10644 nəfərin vəziyyəti ağırdır. Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546000 nəfər müəyyən edilib, onlardan 150 mini həkim nəzarətinə alınıb.

55