Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu Rusiya ilə gərgin danışıqlar barədə

24
Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Türkiyə ilə danışıqların səmərəli olacağına ümid etdiyini bildirib

BAKI, 17 fevral — Sputnik. Rusiya və Türkiyə Suriyanın İdlib vilayəti üzrə yekun razılaşmanın əldə olunması üçün əməkdaşlığı davam etdirəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "İzvestiya" nəşrinə müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Həll olunası çox məsələlər var, bu məsələlərlə bağlı Rusiya ilə aktiv şəkildə əməkdaşlıq etməyə davam edirik. Yekun cavabı bazar ertəsi, bizim nümayəndə heyətlərimizin Moskvada görüşündən sonra biləcəksiniz. Biz Suriya probleminin bizim əməkdaşlığımızı azaltmağına və bizim münasibətlərə təsir etməsinə imkan verə bilmərik", - deyə Çavuşoğlu vurğulayıb.

Bu arada Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Türkiyə ilə danışıqların səmərəli olacağına ümid etdiyini bildirib.

24
Əlaqədar
İdlibdə daha bir helikopter vuruldu – Əsədə məxsusdur
"Hər şey göründüyü kimi sadə deyil". Ekspert Türkiyə-ABŞ münasibətlərini şərh edib
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Düşmənə aman yoxdur – Türkiyə Əsəd qüvvələrini vurmaqda davam edir
İdlibdə qüvvələr nisbəti dəyişir: türklərə qidanı ruslar çatdırırlar