Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çində 1770 nəfər koronavirusun qurbanına çevrilib

© REUTERS / CHINA DAILYСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 000 nəfəri müəyyən edib, onlardan 150 mini həkim nəzarətinə alınıb.

BAKI, 17 fevral - Sputnik. Çində koronavirusun yeni ştammına yoluxanların sayı 70 548 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata görə, koronavirusa yoluxanlardan 1 770 nəfər ölüb, 10 844 xəstə isə sağalıb.

Xəstələrdən 10 644 nəfərin vəziyyəti ağırdır. Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 000 nəfəri müəyyən edib, onlardan 150 mini həkim nəzarətinə alınıb.

Hubey əyaləti virusa yoluxmuş insanların sayına görə yenə birinci yerdədir. Hubey əyalətində 58 182 nəfər virusa yoluxub. Onların da 1 696 nəfəri ölüb, 6 639 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

Xəbər lenti
0