Çində epdimioloji vəziyyət

Koronavirus xəstələrinin sayının kəskin artımının səbəbi bəlli oldu

29
(Yenilənib 12:42 13.02.2020)
Bir müddət öncə Çinin Hubey əyalətində koronavirusa yoluxmuş xəstələrin sayının 48,2 mini keçdiyi məlum olub.

BAKI, 13 fevral — Sputnik. Çinin Hubey əyalətinin rəsmiləri koronavirusa yoluxmuş şəxslərin sayında kəskin artımın səbəbini izah ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, rəsmilərin sözlərinə görə, buna səbəb bu xəstəliyin aşkar edilməsi üçün yeni metoddan istifadə edilməsi olub.

Səhiyyə üzrə yerli komitədə bildiriblər ki, xəstəliyin diaqnozu yeni təsnifata uyğun olaraq qoyulub.

Bir müddət öncə Çinin Hubey əyalətində koronavirusa yoluxmuş xəstələrin sayının 48,2 mini keçdiyi, eləcə də yeni pasiyentlərin sayının 14 mini ötdüyü, 3 441 nəfərin xəstəxanadan buraxıldığı və 1 310 nəfərin koronavirusdan vəfat etdiyi məlum olub.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

29
İnfeksiya bölməsi, arxiv şəkli

Gündəlik yoluxma göstəricisinə görə Azərbaycan İtaliyanı keçib

0
Son bir gündə virusdan ölənlərin sayı da 71 nəfər artaraq ümumilikdə 33 601 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 160 938 xəstə sağalıb.

BAKI, 4 iyun - Sputnik. İtaliyada son sutka ərzində daha 321 nəfər koronavirus infeksiyasına yoluxub.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 233 836 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 71 nəfər artaraq ümumilikdə 33 601 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 160 938 xəstə sağalıb.

Xatırladaq ki, dünən Azərbaycanda 325 nəfər koronavirusa yoluxub.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

14
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

14