"Təsadüfi deyil" - Ekspert NATO-ya inamsızlığın səbəbini izah edib

© AFP 2023 / TOBIAS SCHWARZСимвол НАТО, фото из архива
Символ НАТО, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu yaxınlarda baş tutmuş sorğu nəticəsində NATO-ya üzv ölkələrdə alyansın fəaliyyətinin bəyənilmə səviyyəsinin aşağı düşməkdə olduğu məlum olub. Hərbi ekspert Vladimir Kozin Sputnik radiosunun efirində bunun nə ilə bağlı ola biləcəyi haqqında danışıb.

BAKI, 11 fevral — Sputnik. Bir il ərzində Birləşmiş Ştatlarda NATO-nun fəaliyyətinin bəyənilmə səviyyəsi 12 faiz bəndi aşağı düşüb. Bunu Amerikanın "Pew Research Center" tədqiqat mərkəzinin apardığı sorğu göstərib.

Bakının mənzərəsi - Sputnik Azərbaycan
SİYASƏT
Rusiya və NATO generalları Bakıda nədən danışdılar?

Araşdırmaya görə, 2019-cu ildə sorğuda iştirak etmiş amerikalıların 52 faizi NATO haqqında müsbət rəy veriblər, halbuki bir il əvvəl bu göstərici 64 faiz təşkil edib.

Digər ölkələrdə də bu göstərici üzrə azalma qeydə alınıb. Fransada 2019-cu ildə respondentlərin 49 faizi, 2017-ci ildə isə 60 faizi NATO haqqında müsbət münasibət bildirib. Almaniyada 2017-ci ildən 2019-cu ilədək NATO-nun bəyənilmə səviyyəsi müvafiq olaraq 67 faizdən 57 faizə düşüb. Alyansın ən aşağı reytinqi Türkiyədə (21 faiz), ən yüksək reytinqi isə Polşada (82 faiz) müşahidə olunub.

Ümumilikdə, NATO-ya üzv olan 16 ölkədə rəyi soruşulanların 53 faizi alyansı müsbət, 27 faizi isə mənfi xarakterizə edib.

Hərbi Elmlər Akademiyasının professoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Vladimir Kozin Sputnik radiosunun efirində tədqiqatın nəticələrini şərh edib. 

"Bu tendensiya göstərir ki, NATO-nın populyarlığı alyansa üzv olan ölkələrdə həqiqətən də azalır və bu, təsadüfi deyil. Birinci səbəb NATO-nun hərbi məqsədlər üçün çoxlu pul xərcləməsidir. Alyansın üzvü olan 29 dövlətin hamısı pulu daha rasional xərcləmək əvəzinə, sadəcə, buna (hərbi məqsədlərə – red.) inanılmaz məbləğlər ayırır. İkinci səbəb ondan ibarətdir ki, NATO digər dövlətlərin daxili işlərinə çox tez-tez müdaxilə edir, orada hakimiyyət orqanlarının formalaşmasına təsir etməyə çalışır ki, onlar daha çox NATO-ya meylli olsunlar", – Kozin hesab edir.

Onun fikrincə, alyansa üzv olan ölkələrin vətəndaşlarının NATO-nun fəaliyyətindən narazılığının başqa səbəbləri də var.

"Üçüncü səbəb ondan ibarətdir ki, NATO digər dövlətlərdə həddindən artıq çox hərbi əməliyyatlar həyata keçirir – buna misalı çox axtarmaq lazım deyil... Dördüncü məqam isə NATO-nun öz hərbi maşınını quruda, dənizlərdə, okeanlarda və havada genişləndirmək maraqları ilə yanaşı, ABŞ-dan sonra kosmik məkanda da təsirini artırmaq niyyəti ilə bağlıdır. Sonda qeyd etmək istərdim ki, NATO dövlətlərində bu hərbi ittifaqa daxil olmayan digər xalqlara qarşı açıq-aşkar nifrət hissi tərbiyə edilir ki, bu da alyans üzvü olan dövlətlərin sıravi vətəndaşlarını narahat etməyə bilməz", ‒ Vladimir Kozin bildirib.

Xəbər lenti
0