ABŞ əks-kəşfiyyatı əsas təhdid mənbələrini açıqladı

© AP Photo / Khalid MohammedАмериканский военный на авиабазе в Ираке
Американский военный на авиабазе в Ираке - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Çin bütün dünyada fəaliyyət göstərir, öz milli güclərinin bütün alətlərini ABŞ-a qarşı istifadə edir və müasir kəşfiyyat imkanlarının geniş spektrinə sahibdirlər

BAKI, 11 fevral — Sputnik. ABŞ əks-kəşfiyyatının 2020-2022-ci illər üzrə yeni strategiyasında Rusiya və Çin əsas təhdid mənbələri kimi göstərilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin açıqlanan sənədində bildirilib.

"ABŞ-a istiqamətlənən oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyada fəaliyyət göstərir, öz milli güclərinin bütün alətlərini ABŞ-a qarşı istifadə edir və müasir kəşfiyyat imkanlarının geniş spektrinə sahibdirlər", - Sənəddə vurğulanır.

Digər təhdidlər sırasında isə Kuba, İran, Şimali Koreya, "Hizbullah" hərəkatı, İŞİD və "Əl-Qaidə" terror təşkilatları, transmilli kriminal təşkilatların adları da var.

 

Xəbər lenti
0