Koronavirusdan ölənlərin sayı artır

© AFP 2023 / MUHAMMAD RIFKIСитуация в связи с эпидемиологической обстановкой в Индонезии
Ситуация в связи с эпидемиологической обстановкой в Индонезии - Sputnik Azərbaycan
Abunə olmaq
27600 nəfər yeni tip koronavirus şübhəsi ilə qeydiyyata alınıb. Hazırda xəstələrlə hər-hansı bir formada ünsiyyətdə olan 190 min nəfər nəzarətdə saxlanılır

BAKI, 8 fevral — Sputnik. Çin Xalq Respublikasının sağlamlıq məsələləri üzrə dövlət komitəsinin məlumatına görə, koronavirusdan ölənlərin sayı 722 nəfərə çatıb. Gün ərzində 510 nəfər xəsətəxanadan buraxılıb. Bununla yanaşı, xəstəxanada müalicə alanlardan 1280 nəfərinin vəziyyəti ağırlaşıb

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu günə kimi 34,5 min şəxs bu virusa yoluxub, onlardan 2050 nəfəri sağalıb.

Xatırladaq ki, ötən gün virusa yoluxanların sayı 31,1 min, ölənlərin sayı isə 636 nəfər idi.

"Dövlət komitəsinin fevralın 7-si gecə 31 əyalətdən aldığı məlumata görə, 34546 nəfər yeni tip koronaviusun yaratdığı pnevmoniyaya yoluxub, onlardan 31744 nəfəri müalicə edilir. Xəstələrdən 6101 nəfəri ağır vəziyyətdədir. 2050 nəfər sağalaraq xəstəxanadan çıxıb. 722 nəfər isə ölüb", - deyə məlumatda bildirilib.

Eyni zamanda Honkonqda 26 yoluxma faktı qeydə alınıb (onlardan biri ölüb), Makaoda 10 (bir nəfər sağalıb), Tayvanda 16 nəfər xəstəliyə yoluxub (bir nəfər sağalıb).

Son məlumatlara görə, 3399 yeni yoluxma faktı qeydə alınıb. Gün ərzində 510 nəfər xəsətəxanadan buraxılıb. Bununla yanaşı, xəstəxanada müalicə alanlardan 1280 nəfərinin vəziyyəti ağırlaşıb.

Bundan başqa, 27600 nəfər yeni tip koronavirus şübhəsi ilə qeydiyyata alınıb. Hazırda xəstələrlə hər-hansı bir formada ünsiyyətdə olan 190 min nəfər nəzarətdə saxlanılır.

Çin hakimiyyəti ötən il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində naməlum pnevmoniya yayıldığı barədə məlumat vermişdi. Mütəxəssislər xəstələliyi 2019-nCoV virusunun yaratdığını müəyyən etdilər.

Xatırladaq ki, ölkə xaricində 190 nəfərə yaxın şəxs xəstəliyə yoluxub, onlardan biri ölüb. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyi beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.

Xəbər lenti
0