O da ölümcül virusa qarşı bunu edə bildi

© REUTERS / SOE ZEYA TUNЛюди в медицинских масках
Люди в медицинских масках - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, 2019-nCov virusu Çində 17 mindən çox adamda təsbit olunub, 361 adam xəstəlikdən həyatını itirib

BAKI, 4 fevral — Sputnik. İtaliyalı fermer və rəssam Dario Qambarin Verona yaxınlığında tarlada koronavirus epidemiyasına həsr olunmuş əsər yaradıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Qambarin çin heroqlifləri və virusun adının latın hərfləri ilə təsvirini traktor və toxanın köməyilə yaradıb. Bu üsulla o, 2019-nCoV virusu ilə mübarizəyə diqqət çəkmək istəyib.

2017-ci ildə Qambarin tarlada Rusiya Prezidenti Vladimir Putinin portretini yaratmışdı. Öz işini rəssam "Böyük iyirmiliyin" Hamburqdakı sammitinə həsr etmişdi. Bundan bir il əvvəl isə, ABŞ prezident seçkilərindən bir neçə həftə qabaq Qambarin toxanın köməyi ilə Donald Trampın şəklini yaratmış, yanında isə "Çao, Tramp!" yazmışdı.

Son məlumatlara görə, 2019-nCov virusu Çində 17 mindən çox adamda təsbit olunub, 361 adam xəstəlikdən həyatını itirib. Çindən kənarda 100-dən çox adam koronavirusa yoluxub.

Xəbər lenti
0