Türkiyədə koronavirus təhlükəsi, ondan çox şəxs xəstəxanaya yerləşdirildi

© Sputnik / Viktoriya ViatrisTürkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 27-nə olan məlumata görə, Çinin 30 vilayətində 4515 nəfərdə bu xəstəliyə yoluxma halı qeydə alınıb. Onlardan 976-nın vəziyyətinin ağır olduğu bildirilir

BAKI, 28 yanvar — Sputnik. Türkiyədə öskürək və ürəkbulanma diaqnozu ilə xəstəxanaya 10 çinli turist və 2 türk vətəndaşı yerləşdirilib. Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, bu şəxslər "koronavirus" şübhəsi ilə bağlı nəzarət altında saxlanılır.

Девушка в медицинской маске в районе Чайна-таун в Лондоне - Sputnik Azərbaycan
Koronavirus Azərbaycana bir addım da yaxınlaşdı: bu dəfə Gürcüstanda

Hadisə Türkiyənin Aksaray vilayətində qeydə alınıb. Məlumata əsasən, onlardan alınan qan nümunələri yoxlanılması üçün Səhiyyə Nazirliyinə göndərilib. Hər hansı bir xəstəlik aşkarlanmazsa, onların yaxın vaxtlarda evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, Çinin səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayaraq bildirib ki, bu ölkədə yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb.

Yanvarın 27-nə olan məlumata görə, Çinin 30 vilayətində 4515 nəfərdə bu xəstəliyə yoluxma halı qeydə alınıb. Onlardan 976-nın vəziyyətinin ağır olduğu bildirilir. Ümumilikdə 106 nəfər bu xəstəlikdən vəfat edib. Altmış nəfər isə xəstəxanadan evə buraxılıb.       

Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.

Xəbər lenti
0