Amerika və Çin alimləri əl-ələ verdi - Koronavirusa qarşı

© AFP 2023 / NICOLAS ASFOURIПекин, ситуация в связи с эпидемиологической обстановкой в Китае
Пекин, ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Peyvəndin hazırlanması üzərində Beylor Tibb Kolleci, Texas Universitetinin Tibb mərkəzi, Nyu York Qan Köçürülməsi mərkəzi və Şanxay Fudan universitetinin virusoloqları çalışır.

BAKI, 25 yanvar — Sputnik. Dünyada əleyhinə heç bir preparat olmayan yeni koronavirusa qarşı amerikalı və çinli alimlər yeni peyvənd hazırlayır.

Sputnik Gürcüstan xəbər verir ki, Çində bu virua yoluxnaların sayı 1400-ə yaxındır. Onlardan 43-nəfəri ölüb. Virus artıq Yaponiya, Tailand, Vyetnam, ABŞ, Sinqapur və Cənubi Koreyaya da keçib.

Məlumata görə, peyvəndin hazırlanması üzərində Beylor Tibb Kolleci, Texas Universitetinin Tibb mərkəzi, Nyu York Qan Köçürülməsi mərkəzi və Şanxay Fudan universitetinin virusoloqları çalışır.

"Bu möhtəşəm əməkdaşlıqdır. Buna baxmayaraq yeni vaksin yaradılması asan proses deyil. Və məlum deyil ki, virus bitənə qədər bizim vaksin hazır oalacaqmı?" – deyə Beylor kollecinin əməkdaşı Piter Hotez bildirib.

Xatırladaq ki, 2019-cu il dekabrın 31-də Çin hakimiyyəti Uhanda naməlum pnevmoniya yaranması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatını xəbərdar edib. Mütəxəssislər müəyyən edib ki, xəstəlik oyadıcı 2019–nCoV koronavirusudur.

Koronavirus insandan insana keçə bilən virusdur. Hazırda koronavirusa qarşı peyvənd yoxdur.

Xəbər lenti
0