Türkiyədə təbii fəlakət insanları küçəyə tökdü - VİDEO

© AFP 2023 / NICOLAS ASFOURIСейсмограф в научном центре
Сейсмограф в научном центре - Sputnik Azərbaycan
Abunə olmaq
Manisa valisi Ahmet Denizin verdiyi məlumata görə, rayonun Çeltikçi məhəlləsində bir neçə ev dağılıb, yaralı yoxdur

BAKI, 23 yanvar — Sputnik. Türkiyədə, Manisanın Akhisar rayonunda 5.4 maqnitudalı zəlzələ olub.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən bildirir ki, hadisə yerli vaxtla 22:22-də baş verib. Təxminən 6,98 kilometr dərinlikdəki təkanlar İzmir, Manisa, Aydın və Denizli ilə yanaşı, Yalova və Bursada da hiss edilib.

​Bundan 3 dəqiqə sonra Manisa vilayətinin Qırxağac rayonunda 4.1 bal gücündə zəlzələ olub. Təkanların dərinliyi 7 km olub.

Manisa valisi Ahmet Denizin verdiyi məlumata görə, rayonun Çeltikçi məhəlləsində bir neçə ev dağılıb, yaralı yoxdur.

Musalar məhəlləsinin muxtarı Nurettin Yıldız isə: "Hazırda kənddə hər şey normaldır, bir heyvan damının divarı uçub, mənim otağımın divarlarından biri isə çatlayıb", - deyə məlumat verib.

​İstanbul valiliyindən bildirilib ki, Manisadakı zəlzələ orada da hiss edilib.

Akhisar bələdiyyə rəisi Besim Dutlulu Musalar kəndindən xəbər almağa çalışdıqlarını, amma binaların uçması barədə əllərində məlumat olmadığını deyib. Onun sözlərinə görə, zəlzələdən qorxan sakinlər küçələrə axışıblar.

Türkiyənin Fövqəladə Hallar Nazirliyindən (AFAD) verilən məlumatda da zəlzələdə ölən və ya yaralanan olmadığı deyilir.

Xəbər lenti
0