Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli

Makron yəhudi polisə acıqlandı: Çıxın bayıra - VİDEO

56
(Yenilənib 21:05 22.01.2020)
"Bizim dünyamız gözəldir və siz şəhərdə gözəl işləri yerinə yetirirsiniz, bunu qiymətləndirirəm. Zəhmət olmasa, əsrlər boyu qoyulan qaydalara hörmət edin, onlar mənimlə dəyişməyəcək"

BAKI, 22 yanvar — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Yerusəlimdə köhnə şəhərdə polislərə acıqlanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan videoda Makronun polislə söz güləşdirdiyi görünür.

"Qarşımda elədiyiniz hərəkət xoşuma gəlmir. Çıxın", - Fransa Prezidenti ingiliscə deyir və arxadakı çıxışa doğru barmağı ilə işarə edir.

"Bizim dünyamız gözəldir və siz şəhərdə gözəl işləri yerinə yetirirsiniz, bunu qiymətləndirirəm. Zəhmət olmasa, əsrlər boyu qoyulan qaydalara hörmət edin, onlar mənimlə dəyişməyəcək. Zəhmət olmasa, hamınız qaydalara hörmət edin", - deyən Makron içəri keçib.

​"Yediot Axronot"un yazdığına görə, hadisə Müqəddəs Anna kilsəsinin girişində baş verib. Fransa lideri polisin onunla birlikdə kilsəyə girməsinə etiraz edib. 

Oxşar hadisə 1996-cı ildə Yerusəlimə səfəri zamanı o vaxtkı Prezident Jak Şirakın başına gəlmişdi.

Sovet ordusunun nasist Osvensim konslagerini azad etməsinin 75 illiyinə həsr olunmuş beşinci Ümumdünya Holokost qurbanlarının xatirəsi forumu ərəfəsində bu gün Makron İsrailin Baş Naziri Binyamin Netanyahu ilə işçi nahar edib. Görüşdə regional problemlər və təhlükəsizlik məsələləri müzakirə olunub.

56
Əlaqədar
Ərdoğandan Makrona sərt cavab: "Səndən soruşmalıyam?"
İki qoçun başı bir qazanda: Merkel və Makron 6 saat mübahisə ediblər
Prezidentlərin arvad davası - yanğın bəhanə imiş
Makron təqaüddən imtina elədi
Makron Ərdoğana zəng vurdu: "Bunun hərbi həlli yoxdur"