ABŞ prezidenti devirmək üçün SSRİ ilə mübarizə planını xatırlatdı

© AP Photo / Cliff OwenГоссекретарь США Майк Помпео
Госсекретарь США Майк Помпео - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqtonun hazırkı məqsədi hazırkı prezident Nikolas Maduronun istefaya getməsinə, daha sonra orada azad seçkilərin keçirilməsinə nail olmaqdır

BAKI, 21 yanvar — Sputnik. Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo Venesuela Prezidenti Nikolas Maduronun hakim postunu tərk etməsi üçün reallaşdırılan plan barədə danışıb. Bu barədə Sputnik Azərbaycan "Caracol" nəşrinə istinadən xəbər verir.

Dövlət Departamentinin rəhbəri Vaşinqtonun Karakasa qarşı hazırkı strategiyasının effektivliyi barədə danışarkən SSRİ ilə mübarizə təcrübəsini xatırladıb: "Mən xatırlayıram ki, ABŞ-ın sabiq dövlət katibi Ceyms Beyker danışırdı ki, Sovet İttifaqı dağılana qədər heç kim strategiyanın işlədiyinə inanmırdı. O isə işlədi".

Onun sözlərinə görə, Vaşinqtonun hazırkı məqsədi hazırkı prezident Nikolas Maduronun istefaya getməsinə, daha sonra orada azad seçkiləri keçirilməsinə nail olmaqdır.

Xəbər lenti
0